Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Xalq artisti Vidadi Əliyev: “İrəvandan Bakıya gələndə özümüzlə bir çöp də gətirmədik”

Xalq artisti Vidadi Əliyev: “İrəvandan Bakıya gələndə özümüzlə bir çöp də gətirmədik”

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

 “Ordan-burdan nələrsə tapdıq, teatrı bərpa etdik. 4 il əməkhaqqı almadan işləmişik...”


“Burda da elə bir qarışıq dövr idi ki, yer yox, yurd yox... Amma yenə də çalışdıq. İrəvan teatrı yaşasın, adı silinməsin deyə hər cür əziyyətlərə dözdük”


Film aktyorları, teatr aktyorlarından niyə daha çox tanınır? Cavabı bəlli sualdır. Filmlər geniş nümayiş olunur, teatra həvəs göstərənlər, maraqlananlar nisbətən azdır, bu sənəti həqiqətən başa düşənlər, aktyorların fədakarlığına şahid olanlar onlara dəyər verir, aktyorları ayaq üstə, ürəkdən alqışlayır. Film çəkilişində aktyorlar uzaqbaşı 1-2 dublla “canlarını” qurtarır. Sonrası asandı. Rejissor, operator, rəssam, bəstəkar, montaj... hər kəs öz işiylə məşğul olur. Televiziya da həmçinin. Efirə çıxanlar da çox tanınır, filmlərə çəkilənlər də. İndiki serialları hələ demirik... Amma sənətin əsl fədailəri teatr aktyorları arxa planda qalır. Halbuki teatr aktyoru bir pyeslə bəlkə 200-300 dəfə səhnəyə, tamaşaçı qarşısına çıxır, canını qoyur obrazı canlandırmaq üçün. Bu 200-300-ü illərə hesablayanda, eh, 1000-lərə çatacaq. Elə bu canlı ifalardır teatr aktyorlarının səhhətini çökdürən. “Sənət qurban tələb edir” də, yəni bu qədər?!.

Azərbaycanın Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl medalına, "Tərəqqi", “Sənətkar” medallarına layiq görülmüş Vidadi Əliyevlə söhbət edəndə “bir az nasazam, təngnəfəsliyim var”, dedi. “Nəfəs neyləsin də, təng olmasın, Vidadi müəllim? O nəfəsinizi o qədər tükətmisiniz ki! Üstəlik də oğul itkisi... (Vidadi müəllim mərhum sənətkarımız Oqtay Əliyevin atasıdır – M.R. )” demək keçdi fikrimdən, demədim... 80 yaşını – yubileyini qeyd etməyə hazırlaşan aktyora ancaq can sağlığı, səbir arzulamaq olar. Söhbətə də belə başladıq. Və məni maraqlandıran sualı verdim:


- Vidadi müəllim, siz irəvanlısınız?

(Mənə tanış olan şirin ləhcəni eşitdim yenə)

- Yox, nənə, mən ağstafalıyam. Göyçəli kəndindən... İrəvan teatrında işləmişəm deyə, belə təəssürat yaranır...


- Axı... (çətin olsa da bunu dedim) mərhum Oqtay müəllimi hamı Qərbi Azərbaycandan, irəvanlı kimi tanıyırdı...

- Oqtay da, Elçin də (Elçin Əlibəyli – M.R) İrəvanda  doğulublar, ona görə. İncəsənət İnstitutunu bitirdikdə təyinatım Azərbaycan Dövlət Dram Teatrına verilmişdi. Bizim kurs rəhbərimiz Tofiq Kazımov idi, rejissorluq müəllimimiz isə Nəsir Sadıqzadə idi. Nəsir müəllim dedi ki, İrəvan teatrında Cabbarlının “Sevil” pyesi səhnəyə qoyulur, biz orada oynamalıyıq. Biz də, son kurs tələbələri – mən, Qasım Qasımov, Ramiz Məlikov, Hacı İsmayılov, Ədalət Ziyadxanov birlikdə İrəvana getdik, İrəvan teatrında çalışmağa başladıq. Amma teatr, hər yerdə “teatr”dı. Orada da çirkablar, çirkinliklər üzə çıxdı. Tələbə yoldaşlarımın çoxu geri - Bakıya qayıtdı. Burada məşhurlaşdılar. Mənsə İrəvanda qaldım. Gəncliyim, sənətimin məhsuldar illəri orada keçdi. 21 il itirdim orda... Geri qayıtmadım amma. Ermənilər teatrı bağlamağa bəhanə gəzirdilər. Biz də çalışırdıq ki, teatr bağlanmasın. Azərbaycan mədəniyyətini, teatr sənətini yaşadaq. Çox əziyyətlər çəkdim. Aktyorlar gəlirdi teatra, amma çətinliyi görüb qalmırdılar, çıxıb gedirdilər. Administrativ heyət də qalıb işləmirdi. Mən həm rejissor idim, həm aktyor, həm fəhlə, həm sürücü... Bunu ona görə edirdim ki, teatr bağlanmasın. Müxtəlif pyeslər səhnəyə qoyurduq. Çalışırdıq repertuarımız zəngin olsun, bəhanə, əsas tapmasınlar teatrı bağlamağa. Belə fədakarlıq edirdik. 1988-ci ildə də məlum hadisələr başladı. Bakıya gəldik. Burda da elə bir qarışıq dövr idi ki, yer yox, yurd yox... Amma yenə də çalışdıq. İrəvan teatrı yaşasın, adı silinməsin deyə hər cür əziyyətlərə dözdük. Mən qrim otağı nədir, bilməmişəm. Necə deyərlər, aktyorlarımız küncdə-bucaqda, ayaqüstü qrim edib, geyimlərini dəyişiblər....


- Vidadi müəllim, əməyiniz, fəaliyyətiniz qiymətləndirilib amma... fəxri ad almısınız, yüksək təltifləriniz var. Sizi tanıyırlar, sevirlər...

- Bunlar hamısı burada - Azərbaycanda oldu. Sağ olsun, dövlətimiz, dövlət başçımız, əməyimə yüksək qiymət verdi.  İrəvan teatrında belə münasibət yox idi...


- Təbiidir də. Ermənilərdən bundan artıq nə gözləmək olardı ki!..

- Biz də azərbaycanlı kimi teatrın təəssübünü çəkirdik. Bakıda qalsaydım, mən də filmlərə çəkilərdim, efirə çıxardım. Mən niyə rejissor oldum, niyə teatrda fəhləlik, sürücülük etdim, hamısı ona görə idi ki, teatr bağlanmasın. Yaşasın. Teatr Bakıya köçdü, yenə eyni çətinliklər yaşandı. Uzun müddət binasız fəaliyyət göstərdik.  Sonra Binəqədidə bələdiyyə binasının bir hissəsini bizim teatra verdilər. Bir hissədə bələdiyyə fəaliyyət göstərirdi, biz hissədə teatr. Nəhayət, bina tam teatra verildi, cənab Prezidentin sərəncamı ilə təmir olundu. Bilirsiz ki, İrəvan teatrının 140  illik yubileyinin keçirilməsiylə bağlı cənab Prezident İlham Əliyev 2022-ci ildə sərəncam imzalayıb. 3 ildir teatr binasının açılışını və yubiley tədbirinin keçirilməsini gözləyirik. Binanın açılışı yubiley tədbiri ilə eyni vaxtda olacaq bəlkə.


- Vidadi müəllim, sizinlə bağlı məlumatlarda səhnəyə qoyduğunuz, aktyor kimi çıxış etdiyiniz nə qədər pyes, tamaşa var. Saysız-hesabsızdır...

- Nənə... mən sevib bu sənətə gəlmişəm. Qazanc, gəlir, fəxri ad düşünməmişəm. Teatra, sənətə olan sevgim bunların önündə olub həmişə. Ancaq çalışmışam, işləmişəm, bütün əziyyətlərə dözmüşəm, məqsədim də bu olub ki, bizim tarixi torpaqlarımızda İrəvan teatrı yaşasın, sonra Bakıda da onu yaşatmaq üçün çalışmışam. Bakıya gələndə özümüzlə bir çöp də gətirmədik. Ordan-burdan nələrsə tapdıq, teatrı bərpa etdik. 4 il əməkhaqqı almadan işləmişik...


- Teatrın adını və özünü yaşatmağa nail oldunuz amma Vidadi müəllim. Övladlarınıza da keçib sizin bu fədakarlığınız, işgüzarlığınız. Allah rəhmət eləsin Oqtay müəllimə. Azərbaycanda prodakşn ənənəsi qoydu, əsl şou-biznes nədir, necə olmalıdır, öyrətdi. Elçin müəllim də həmçinin. Azərbaycan televiziyasında tok-şou ənənəsi yaratdı.                

(Dərindən nəfəs alıb dedi)

- Oqtay belimi qırdı... Anası da birtəhər tab gətirir...  


(Xatırladaq ki, Vidadi müəllimin həyat yoldaşı Elmira İsmayılova əslən irəvanlıdır, İrəvan teatrının aktrisası olub, Vidadi müəllimlə teatrda tanış olublar, evləniblər - M.R.) – Allah səbir versin, Vidadi müəllim. Nəvələriniz yanınıza tez-tez gəlirmi, onlarla təsəlli tapırsınız sözsüz ki...

- Əlbəttə. Oqtayın yoldaşı Dilarə yanımızdan ayrılmır, elə bilirəm qız övladımdı. Nəvələr də gəlirlər. Darıxmağa qoymurlar bizi.


- Vidadi müəllim, sizə, Elmira xanıma can sağlığı, səbir diləyirik. İnşəllah, 80 illik yubileyiniz qeyd olunar, can qoyduğunuz İrəvan teatrının binasının açılışını görmək, teatrın yubileyini də qeyd etmək nəsibiniz olar.

- Siz də çox sağ olun, diqqət göstərirsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Avqust 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri