Icma.az
close
up
RU
Xalq artistinin gerçəkləşməyən ARZUSU

Xalq artistinin gerçəkləşməyən ARZUSU

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

News24.az Xalq artisti Həmidə Ömərovanın müsahibəsini təqdim edir:

- Kinomuzun hazırkı vəziyyəti haqqında fikirləriniz maraqlıdır...

-  Sovet İttifaqı dağılandan sonra bütün mütəfiq ölkələr kimi Azərbaycan kinosu da tənəzzülə getdi. Çünki sovet kinoindustriyası tamamilə dövlətin himayəsindəydi. Sovet ölkəsini əhatə edən nəhəng coğrafiyada demək olar ki, kino sənəti ölmüşdü. 90-cı illərdə isə kommersiya filmlərinin çəkilməsi başladı. Bununla heç olmasa dəfn olunmaq astanasında olan kinomuz reanimasiyaya keçdi, hazırda isə gözlərini açmaqdadır. 

- 90-cı illərdə çəkilən kommersiya filmlərinə münasibətiniz necə idi, hazırda necədir?

- Kommersiya filmlərini çəkilməsini iki cür yanaşıram. Mərkəzləşdirilmiş, vahid kino istehsalatı dayandırıldıqdan sonra ölkədə kinonu necəsə bərpa ermək və tamaşaçı kütləsi yığmaq lazım idi. Bu baxımdan kommersiya məqsədli kinoların olmasını yaxşı hal hesab edirdim. Digər tərəfdən kommersiya filmlərinin kinoindustriyamıza mənfi təsiri də olduğu qənaətindəyəm. Belə ki, ciddi, xarakterik, psixoloji ekran əsərləri üzə çıxmadı. Əksinə kommersiya kinolarının mütləq çoxluğu bayağılığı, qeyri-peşəkarlığı ilə diqqət çəkdi. Bunun nəticəsində  zövqsüz tamaşaçı kütləsi yetişdi. Baxın, bu gün ölkəmizdə daha çox məzəli, lağlağı filmlərə üstünlük verilir. Günümüzdə dram əsərləri əsasında çəkilən filmlər demək olar yoxdur. Kinomatoqrafçılarımız ciddi ekran əsərləriylə tamaşaçıları cəlb etməsi hazırda çox çətindir. Təbii ki, dövlət tərəfindən maliyyələşən, çəkilən və festivallara iştirak edən filmlərimiz var. Amma onları kütləvi tamaçılar görmür. Buna baxmayaraq ölkəmizdə kinomuzun yenidən dirçəldilməsi üçün dövlətimiz əlindən gələni edir. Elə Mədəniyyət nazirimiz son çıxışında qeyd etdi ki, “Kinomuzu maksimum inkişaf etdirməliyik. Elə etməliyik ki, filmlərimiz həm kommersiya, həm də bədii cəhətdən uğurlu olsun”. İncəsənət Universitetində dərs deyən bir müəllim kimi də deyə bilərəm ki, istedadlı tələbələrimiz var. Son illərdə tələbə filmləri festivalı keçirilir, hətta beynəlxalq tələbə və gənclər festivallarında da iştirak edirlər. Kinoda maddi sıxıntılardan sonra gələn digər zəif tərəfimiz ssenari yoxsulluğudur. Amma hazırda tələbə filmlərinin çəkilişi sayəsində düşünürəm ki, kreativ düşüncəli gənc rejissorlarımızın yaxşı ssenarilər yazacağına ümid edirəm. Odur ki, bütün çətinliklərə baxmyaraq Azərbaycan kinosu hazırda intibah dövrünü yaşayır. İstənilən halda mən optimistəm və kinomuzun uğurlu yol cızdığını qənaətindəyəm.

-Sizcə, müasir kino dövlətdən maliyyələşməlidir yoxsa tamamilə azad sahə olmalıdır?

-Düşünürəm ki, gələcəkdə Azərbaycan kinosu da xaricdəki kimi tamamilə müstəqil sahə olacaq və özü-özünü maliyyələşdirəcək. Bunun sayəsində yaxşı filmlər çəkiləcək. Amma ona qədər hələlik kino çəkilişlərinə dövlətimizdən bir qədər təkan, dəstək lazım olduğunu qənaətindəyəm. 

-Son illərdə hansı nümunəvi filmlərimizin adını çəkərdiz?

- Kənan Musayevin “Zaman adlı qatar” filmini vurğulayırdım. Elə özüm də həmin ekran əsərində rol almışam. Təəssüf ki, həmin filmi kütləvi nümayişi olmayıb və tamaşaçılar onu izləməyib.  Hacı Zeynalabdin Tağıyevlə bağlı lentə alınan bədii filmimizi uğurlarımızdandır. Hazırda tarixi filmlərə yer verilir, bu sevindirici haldır. Çünki tarixi, bioqrafiq janrda film çəkmək çox çətindir, xüsusi yaradıcılıq dərinliyi tələb edir. Səmimi deyim ki, gələcəkdə mən də tarixi filmlərdə rol almaq istərdim. 

- Qəhraman hökmdar Tomirisi yoxsa yaradıcı Natavanı canlandırmaq istərdiz?

- (diqqətlə mənə baxıb, əl jestləri edərək gülür) Niyə axı məni seçim qarşısında qoyursuz, niyə məhz ikisindən birini seçməliyəm?

- (mən də təbəssümlə) Seçim qarşısında qoymuram, sadəcə sizin ürəyinizə hansı obraz yatması maraqlıdır...

-Təbii ki, hər iki obrazı canlandırmaq istərdim. Amma əsas odur ki, həmin xanım obrazlarının yer aldığı filmləri çəkəcək  rejissor istedadlı, bacarıqlı aktrisalarımızı ekran əsərinə dəvət etsinlər. 

-Kinomuzun incilərindən olan Həmidə Ömərova qız tələbələri arasında gələcəyin Leni Rifenştallarını yetişdirə biləcəkmi?

-Leni Rifenştal həm aktrisa, həm rejissor idi. Mən, rejissor ola bilmədim, halbuki bunu çox istəyirdim. Buna rəğmən bir pedaqoq kimi tələbələrimə bütün bilik-bacarığımı, təcrübəmi aşılayıram ki, onlar maksimum yaxşı sənətkar kimi yetişsinlər. 

Starxəbər.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Fevral 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri