Xalq artistinin qızı ağır həyatından DANIŞDI: Ata evimi satdım, qardaşımı xilas edə bilmədim” VİDEO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova "Xəbərshow"a verdiyi açıqlamada illərdir üzləşdiyi ağır həyat sınaqlarından danışıb.
Milli.Az-ın məlumatına görə, bildirib ki, məşhur aktyorun vəfatından sonra qısa müddətdə anasını da itirib. Ardınca isə ailənin gənc oğlu ciddi xəstəliyə tutulub. Gülbəniz xanım qardaşını sağaltmaq üçün bütün imkanlarını səfərbər etdiyini, hətta ata ocağını belə satdığını deyib. Lakin göstərilən bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda kirayədə yaşayan və 23 il çalışdığı Azərbaycan Dövlət İqtisad Universitetindən ayrılmaq məcburiyyətində qalan Gülbəniz Zeynalova qeyd edib ki, ömrünü ailəsinə həsr etdiyi üçün şəxsi həyat qura bilməyib və bu gün ciddi maddi çətinliklərlə üz-üzədir.
Onun sözlərinə görə, bir neçə dövlət qurumuna iş üçün müraciət etsə də, hələlik heç bir cavab almayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Noyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















