Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer açıqlandı
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn olunacağı yer məlum olub.
Bu barədə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev News24.az-a məlumat verib. Onun sözlərinə görə, Elçin Əfəndiyev Birinci Fəxri Xiyabanda dəfn ediləcək.
"Dəfn mərasimi ilə bağlı bütün məsələlər dövlət səviyyəsində təşkil olunur. Elçin müəllimin Birinci Fəxri Xiyabanda dəfn ediləcəyi artıq qərara alınıb. Dəqiq vaxt və mərasimlə bağlı digər təfərrüatlar isə rəsmi şəkildə yaxın zamanda ictimaiyyətə açıqlanacaq", – deyə Çingiz Abdullayev bildirib.
Qeyd edək ki, Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti ilə seçilən yazıçılardan biri olub. O, həmçinin uzun illər dövlət vəzifələrində çalışıb, mədəniyyət və siyasət sahəsində mühüm xidmətlər göstərib.
Xanım Cavanşirqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 Avqust 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















