Xalqımız elə bilir ki, türkcə sözlərdən istifadə eləsə, daha milli olacaq Ağalar Qut
Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Filosof Ağalar Qut müsahibəsində türk dilinin Azərbaycan dilinə təsiri ilə bağlı 2017-ci ildə Prezident Aparatının keçmiş şöbə müdirinə ünvanladığı məktuba münasibət bildirib.
Kulis.az xəbər verir ki, o, fikirlərinin qəbul edilmədiyini, səsini eşidilmədiyini deyib:
"Mən o vaxt da hiss edirdim ki, belə davam edə bilməz. Nəsə etmək lazımdır. Qəribədir ki, yazını yazanda insanların reaksiyası o qədər də yaxşı olmadı. Fikirlərimi qəbul etmədilər, səsim eşidilmədi. Bundan sonra yoruldum və həvəsdən düşdüm.
Dil belə məsələdir ki, qadağa ilə olmur. Hərçənd yeganə dil türk dilidir ki, inzibati məcburiyyət qoyublar. Yəni, məsələn, bundan sonra "müstəmləkə" deməyəcəyik, "sömürgəçilik" deyəcəyik. Tarixdə bunun oxşarı yoxdur. Məsələ burasındadır ki, hətta bizim qanunvericiliyin dilinə keçib o sözlərdən. Məsələn, “önəm” sözü. Var əhəmiyyət, var vacib. Bu sözlərin ikisinə də önəm deyəndə məna çaları itir. Dilaçar Azərbaycan dilini çox yaxşı bilirdi, o Azərbaycan dili barəsində əsər yazan ilk alimlərdən biridir. Məni ağrıdan odur ki, yaxşı bilsə də, Azərbaycan dilindən bircə dənə söz götürməyib. Ancaq uyğur türkcəsindən əlavə edib ki, kimlərisə aldatsın, nələris ört-basdır eləsin.
Uşaq olanda pis bir söz demişdim və indi vəfat edən böyük qardaşım məni belə tənbehləmişdi: “Adam belə şeyi dilinə gətirməz”. “Dilə gətirmək” sözü bir mənəvi baryerdir, başqa versiyasına baxaq: “Adam elədiyi yaxşılığı dilinə gətirməz”, yəni başa qaxmaz mənasında. Ancaq bu gün türkcədə bu söz konkret nəyisə ifadə etmək mənasında işlədilir. İndi bizim dilə də bu məna ilə keçib. Bizdəki “dilinə gətirmək” ilə türkcədəki “dilə gətirmək” eyni deyil. Biz bu cür sözləri itiririk. Məni ağrıdan budur.
Bunun müxtəlif səbəbləri var. Birinci növbədə böyük qardaşlıq mövqeyindən çıxış eləmək, ikinci özünü kiçik qardaş yerinə qoymaq. Xalqımız, ümumiyyətlə, bu şeylərdən xəbərsizdir. Xalq bilmir ki, 1930-cu illərdə Türkiyədə bir dil inqilabı baş verib.
Üstəlik, xalqımız elə bilir ki, guya türkcə sözlərdən istifadə eləsə, əslində, daha milli olacaq. Niyyət yaxşıdır, sadəcə savadsızlıq imkan vermir mənzərəni tam görməyə. Bunu bir dəfə də demişdim, yenə deyirəm, türkiyəcə türkcə deyil. Folklorda tapdığım sözlər düşünürəm ki, dil assimilliyasiyasının qarşısını alacaq. Məqsədlərimdən biri də budur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















