Futbol üzrə Asiya Kuboku cüt illərdə təşkil olunacaq
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə Asiya Kuboku bundan sonra cüt illərdə keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, Asiya Futbol Konfederasiyası (AFC) turnirin formatını dəyişən nizamnamə düzəlişlərini təsdiq edib.
2027-ci il Asiya Kuboku hazırkı mövcud dövr üzrə sonuncu olacaq. Növbəti yarış 2032-ci ildə keçiriləcək, amma onun məkanı hələ müəyyənləşdirilməyib.
Yeni sistemə əsasən, konfederasiyanın seçki dövrü turnir tsiklinə uyğunlaşdırılacaq.
AFC prezidentinin növbəti seçkiləri 2027-ci ildə keçiriləcək. Seçilmiş şəxslər 2028-ci il yanvarın 1-də səlahiyyətlərinin icrasına başlayacaq və 2032-ci ilə qədər postlarında qalacaqlar.
Xatırladaq ki, 2027-ci ildə Asiya Kuboku yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Oktyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















