Icma.az
close
up
RU
Xalqımızın mədəni tarixi irsi olan Novruz “Konstitusiya və Suverenlik İli”ndə

Xalqımızın mədəni tarixi irsi olan Novruz “Konstitusiya və Suverenlik İli”ndə

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müdrik Azərbaycan xalqının sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində birlik və bərabərliyin simvolu, cəmiyyətin təbiətlə vəhdətinin, insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi olan Novruz bayramının xüsusi yeri var. Azərbaycançılıq fəlsəfəsinin əsasını, mədəniyyətini, milli-mənəvi dəyərlərini əks etdirən və dünyada tanıdan Novruz – həm də sülh vəəmin-amanlığın çarçısı olduğumuzu açıq şəkildə göstərən qlobal bir dəyərdir.

Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında Novruz bayramı müstəsna mövqeyə malikdir. Bu bayramın ölkəmizin hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Belə ki, Novruzun qədim köklərə sahib olduğunu və hər zaman millətimizin qəlbində yaşadığını vurğulayan Ulu Öndər Heydər Əliyevin məhz Respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm etdirib.
Bu ənənəni uğurla yaşadan, Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıran Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə - Şuşa, Suqovuşan, Talış kəndi, Xankəndi şəhərində dördüncü dəfədir ki, bayram tonqalı yandıraraq Novruz bayramını qeyd edirik.

Ümumiyyətlə Azərbaycan torpağı tarixən bəşəriyyət üçün maraqlı olub. İstər onun yerüstü, istərsə də mənəvi sərvətləri hər zaman dünyanın marağını özünə cəlb edib. Maddi və mənəvi irsin, abidələrin ən böyük mühafizəçisi, himayədarı olan UNESCO Azərbaycana aid olan bir neçə dəyəri öz siyahısına daxil edib. 2016-cı ildən etibarən həmin siyahıya salınmış Novruz da milli maraqlarımızı, azərbaycançılığımızı özündə yaşatmaqla yanaşı, həm də bəşəri məqsədlərə xidmət edən bir bayram olaraq dünyada Azərbaycanın eşidilən səsidir.
Dördüncü sənaye inqilabının gətirdiyi qloballaşma dalğasının geniş vüsət aldığı vəənənəvi dəyərlərin davamlı olaraq dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir.

Qeyri-maddi irs olaraq, Birləşmiş Millətlər Təşkilatının təqvimində xüsusi yeri olan bu ənənəvi bayram, ilk növbədə, sülh və firavanlıq, bərabərliyin təmini, sülhsevər cəmiyyətlərin yaradılması, mədəniyyətlər arası dialoqun təmini və universal dəyərlərə hörmət, regional əməkdaşlığın qurulması və təbiətin qorunması baxımından “Dayanıqlı İnkişaf Məqsədləri” universal sənədinin hədəfləri ilə birbaşa əlaqələndirilir.
Novruzun mənşəyi qədim adətlərdən, təbiətə və məhsuldarlığa, həmçinin təbiətin tənəzzülünə və yüksəlişinə inamdan başlayır. Novruzdan əvvəlki ay ərzində hər çərşənbə axşamı təbiətin dörd ünsürünün qeyd olunmasına həsr olunur: su, od, torpaq və yel çərşənbələri adlanır və bahar nəhayət başlayır.

Odlar yurdu Azərbaycan bununla bağlı zəngin ənənələrə malikdir. Od – təmizlənmə və aydınlaşma rəmzidir. Azərbaycanda cəmiyyətin təməli hesab olunan ailə dəyərləri Novruzda daha da güclənir və bayram ənənələrinə uyğun olaraq hər kəs odun ətrafına toplaşır. Bu mənada, “Yel Çərşənbəsi” ölkədə olan həmrəyliyə, birliyə, “Su Çərşənbəsi” insanların həyat eşqinə işarədir.

30 ildən artıq bir müddətdə torpaq həsrəti çəkən bir xalq üçün “Torpaq Çərşənbəsi” isə xüsusi məna daşıyır. 30 illik həsrət Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi və xalqın həmrəyliyi ilə sona çatmış, xalqımız Novruzu bu gün Böyük Qayıdış çərçivəsində doğma Qarabağımızda “Konstitusiya və Suverenlik İli”ndə böyük qürur, coşqu və təntənə ilə bayram tonqal ətrafında qeyd edir.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində və suverenliyin daha da möhkəmlənməsi istiqamətində atılacaq addımların davamı kimi mühüm əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycanın ilk yeni Konstitusiyasının 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur. Artıq müstəqil, suveren Azərbaycan dövləti inkişafının yeni mərhələsindəərazi bütövlüyünü, suverenliyini qoruyan, tam təmin edən bir ölkəyə çevrilib.

Tam əminliklə qeyd etmək olar ki, bu il ölkəmizdə dövlətçilik tariximizin yeni başlanğıc mərhələsinə çevriləcək və harada yaşamasından asılı olmayaraq soydaşlarımızı müasir dövrün yeni çağırışları ətrafında daha da sıx birləşdirəcək.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri