“Xalqınızı öldürməyə davam etsəniz, Tramp sizi öldürəcək” ABŞ senatorundan Xameneiyə açıq təhdid
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İrandakı etirazlarla bağlı açıqlamasında bildirmişdi ki, əgər İran hakimiyyəti dinc etirazçıları güllələməyə və öldürməyə davam edərsə, ABŞ müdaxilə edəcək. Trampın bu açıqlamasından sonra ABŞ Senatının üzvü Lindsi Qrem də İranın ali dini lideri Ayətullah Əli Xameneiyə yönəlik sərt və açıq təhdidlə çıxış edib.
Qrem ABŞ mediasına verdiyi müsahibədə bildirib ki, İran rəhbərliyi daha yaxşı həyat tələbi ilə küçələrə çıxan etirazçılara qarşı zorakılığı davam etdirərsə, Prezident Tramp Xameneini “öldürəcək”.
Bu açıqlamalara cavab olaraq İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani "X" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, ABŞ-nin İranın daxili işlərinə müdaxiləsi ABŞ-nin regiondakı maraqlarının məhv olması ilə nəticələnəcək. Laricani qeyd edib ki, İsrail rəsmilərinin və Donald Trampın mövqeyi İrandakı etirazların arxa planını aydın şəkildə ortaya qoyur:“Biz dolanışıq problemlərinə görə etiraz edənlərlə dağıdıcı ünsürləri bir-birindən ayırırıq”.
O, həmçinin ABŞ ictimaiyyətinə müraciət edərək bildirib ki, Amerika xalqı öz əsgərlərinin təhlükəsizliyinə diqqət yetirməlidir və bu prosesin Tramp tərəfindən başladıldığını bilməlidir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 07 Yanvar 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















