Xamenei Trampın məktubuna niyə cavab vermir? İrəvanda açıqlandı
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“İran hələ ki, ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verməyib”.
Globalinfo.az xəbər verir ki, bunu hazırda İrəvanda səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçı ermənistanlı həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, cavab tədbirlərinin hazırlıq mərhələsində olduğunu bildirib.
Araqçı Tehranın mövqeyini vurğulayıb və İrana qarşı təzyiqlər, hərbi təhdid və iqtisadi sanksiyaların artmasına, eləcə də birbaşa danışıqların aparılmamasına işarə edib.
Xarici işlər naziri İranın sülhməramlı nüvə proqramı ilə bağlı şəffaflığı artırmağa hazır olduğunu söyləyib və əlavə edib ki, hazırda üç Avropa ölkəsi ilə danışıqlar aparılır.
“Biz heç vaxt danışıqlar masasını tərk etməmişik və tərk etməyəcəyik”, – nazir bildirib.
Qeyd edək ki, bir müddət öncə Donald Tramp İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 25 Mart 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















