Icma.az
close
up
RU
Xankəndidə “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” layihəsinin açılışı olub FOTO

Xankəndidə “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” layihəsinin açılışı olub FOTO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Oktyabrın 23-də Xankəndidəki Qarabağ Universitetində “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” adlı layihənin rəsmi açılışı olub.Layihənin əsas məqsədi təhsil sistemində “yaşıl elmin” inteqrasiyasını genişləndirməklə elmi innovasiyaların inkişafına və ekoloji dayanıqlılığa töhfə verməkdir.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə elan etdiyi “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problemi” mövzusunda qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihə “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə tərəfdaşlığı ilə icra olunur. Tədbirdə Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işləri və yaşıl enerji layihələrindın danışıblar.

Elm və biznes sektorunda innovasiyaya əsaslanan “yaşıl keçid”i dəstəkləyən təşəbbüs kimi layihə, “Yaşıl elm” icmasının üzvlərinin şəbəkələşməsi, resurs mübadiləsi, mentorluq və təcrübə paylaşımı üçün onlayn əməkdaşlıq platformasının yaradılmasını nəzərdə tutur.

İki gün davam edəcək elmi-praktiki konfransın məqsədi Qarabağ bölgəsinin ekoloji vəziyyətinə, ekoterrorizm, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, sağlamlıq və enerji problemlərinə elmi yanaşmanı təşviq etmək, həmçinin bu istiqamətdə tədqiqat və innovasiyaları dəstəkləməkdir.

Tədbir çərçivəsində, COP 29 konfransı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə hazırlanmış “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” adlı nəşr Qarabağ Universitetinə hədiyyə olunub.

Konfransda iqlim dəyişiklikləri və ətraf mühitin qorunması mövzusunda maarifləndirici videomateriallar nümayiş etdirilib. Növbəti gün Türkiyə və Çin ekspertlərinin iştirakı ilə bitkilərin mühafizəsi mövzusunda müzakirələr və master-klass sessiyaları təşkil ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri