Icma.az
close
up
RU
Xankəndi”nin idman direktoru: “Bu ad altında çıxış etmək təkcə futbol deyil, tarix və qürurdur”

Xankəndi”nin idman direktoru: “Bu ad altında çıxış etmək təkcə futbol deyil, tarix və qürurdur”

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Xankəndi"nin idman direktoru Vasif İsmayılov Sport24.az-a geniş müsahibə verib. O, komandanın İkinci Liqadakı uğurlu çıxışından, stadion probleminin yaratdığı çətinliklərdən, azarkeş dəstəyindən və "Xankəndi" adının daşıdığı dərin mənəvi məna barədə danışıb.
- Vasif müəllim, ötən mövsüm Region Liqasındakı uğurlu çıxışdan sonra komanda bu mövsüm İkinci Liqada da iddialıdır və qış fasiləsinə liderlər sırasında yollanır. Bu nəticələri necə dəyərləndirirsiniz?
- Region Liqasındakı yolumuz sanki bir göz qırpımında keçdi. Bu mövsüm isə artıq İkinci Liqada çempionatın ekvatorunu geridə qoymuşuq və çempionluğa əsas namizədlərdən biriyik. Bu fakt göstərir ki, klubda görülən işlər düzgün istiqamətdə aparılır və seçilən strategiya öz bəhrəsini verir.
- Komanda Region Liqasında oyunlarını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda, İkinci Liqanın ilk dövrəsində isə "Palms Sports Arena"nın 4-cü meydançasında keçirir. Məşqlər də müxtəlif stadionlarda təşkil olunur. Bunun səbəbi nədir?
- Ən yaralı yerimizə toxundunuz. Stadion məsələsi hazırda klubumuzun ən ciddi problemlərindən biridir. Bakıda həm oyunlar, həm də məşqlər üçün uyğun və boş stadion tapmaq olduqca çətindir. Tapıldıqda isə ya vaxt problemi yaranır, ya da digər texniki maneələr ortaya çıxır. Bu vəziyyət həm komandanın hazırlığına, həm də klubun büdcəsinə əlavə yük yaradır.
- Ev oyunlarını doğma şəhərinizdə keçirmək bu problemi aradan qaldıra bilər. Azarkeşlər sizi nə zaman Xankəndi stadionunda görə biləcəklər?
- Bu, bizim ən böyük arzumuzdur. Rəqiblərimizi doğma şəhərimizdə, öz azarkeşlərimizin qarşısında qəbul etmək istəyirik. Ümid edirik ki, bu arzu uzaqda deyil və yaxın zamanda reallaşacaq. Büdcəmizin böyük hissəsi hazırda stadion məsələsinə sərf olunur. Ev oyunlarımızı və məşqlərimizi Xankəndidə keçirə bilsək, bu, klub üçün həm mənəvi, həm də maddi baxımdan böyük üstünlük olacaq.
- Bildiyimizə görə, bununla bağlı aidiyyəti qurumlara müraciət etmisiniz...
- Bəli, İkinci Liqa başlamazdan əvvəl Gənclər və İdman naziri cənab Fərid Qayıbova rəsmi müraciət etmişik. Hazırda məsələ icraatdadır. Qeyd etməliyəm ki, həm Gənclər və İdman Nazirliyi, həm də AFFA və PFL tərəfindən bu təşəbbüs müsbət qarşılanır. Bu da bizə ümid verir ki, Birinci Liqaya vəsiqə qazandığımız halda ev oyunlarımızı artıq Xankəndi şəhərində keçirəcəyik. Onu da qeyd edim ki, komanda olaraq Xankəndi şəhərinə səfər etmək məqsədilə Yeni ildən dərhal sonra aidiyyəti dövlət qurumlarına rəsmi müraciət edəcəyik. Bu səfər doğma şəhərimiz, stadionumuz və azarkeşlərimizlə yaxından tanışlıq xarakteri daşıyacaq.
- Klubun sosial şəbəkələrdə geniş azarkeş dəstəyi qazandığını da görürük...
- Doğrudur. Artıq kifayət qədər geniş azarkeş kütləmiz formalaşıb. Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin nəzdində tələbələrdən ibarət Fan Klubun yaradılması isə bizim üçün xüsusi qürur mənbəyidir. İnanırıq ki, gələn mövsümdən etibarən fanatlarımız bizi doğma stadionumuzda daha gur səslə dəstəkləyəcəklər.
- Klubun gələcək hədəfləri barədə nə deyə bilərsiniz?
- İkinci Liqada əsas məqsədimiz çempionluqdur. Uzunmüddətli hədəfimiz isə "Xankəndi" Futbol Klubunu Premyer Liqaya yüksəltmək və Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etməkdir.
- Sonda bilmək istərdik: "Xankəndi" adı sizin üçün nə ifadə edir?
- "Xankəndi" adı mənim üçün sadəcə bir şəhərin və ya bir futbol klubunun adı deyil. Bu ad tarixdir, yaddaşdır, mübarizədir və qürurdur. "Xankəndi" deyəndə yalnız bir məkan yox, illərlə həsrətində olduğumuz torpaqlar, yaşadığımız ağrılar, çəkdiyimiz çətinliklər və nəhayət, əldə etdiyimiz qələbə yada düşür. Bu ad altında fəaliyyət göstərmək böyük məsuliyyətdir. Biz hər oyuna çıxarkən təkcə üç xal uğrunda yox, Xankəndinin adını layiqincə təmsil etmək, bu şəhərin ruhunu, gücünü və qayıdışını bütün ölkəyə göstərmək üçün mübarizə aparırıq. "Xankəndi" Futbol Klubu, mənim üçün, idmanın dili ilə verilən bir mesajdır — bu torpaqlar yaşayır, bu şəhər dirçəlir və gələcəyə inamla addımlayır. Əminəm ki, yaxın gələcəkdə komandamız Xankəndi Şəhər Stadionunda meydana çıxanda, bu adın daşıdığı bütün mənalar daha da aydın hiss olunacaq. O gün futbol sadəcə oyun olmayacaq — bu, tarixə, ədalətə və qürura çevrilmiş bir an olacaq. "Xankəndi" futbol klubunun bundan sonra ev oyunlarını yenicə əsaslı təmirdən çıxmış Xankəndi şəhər stadionunda keçirməsi ilk növbədə dərin mənəvi məna daşıyır. Uzun illər işğal və tənəzzül damğası kimi xatırlanan bu şəhərdə Azərbaycan klubunun rəsmi oyunda meydana çıxması tarixi ədalətin və milli qürurun real təcəssümüdür. Klubun İkinci Liqada uğurlu debütü və ilk dövrədən sonra turnir cədvəlinə başçılıq etməsi bu mənəvi yükü daha da gücləndirir. Stadionda keçirilən hər oyun təkcə idman hadisəsi deyil, həm də Qarabağın dirçəlişinin canlı göstəricisi olacaq. Son üç il ərzində Xankəndidə həyatın yenidən canlanması, əhalinin sürətlə məskunlaşması bu futbol və idman prosesinə real sosial baza yaradır. Bu baxımdan "Xankəndi" FK-nın doğma şəhərdə çıxış etməsi şəhər sakinləri üçün həm bayram olacaq, həm də birlik, ümid və gələcəyə inam mənbəyinə çevriləcək. Xankəndi kimi urbanizasiyalaşmış bir şəhər nə futbolsiz, nə də klubsuz qala bilər. Eyni zamanda klubumuzun Xankəndi şəhər stadionunda oyunlar qəbul etməsi ciddi idman və siyasi çalarlar daşıyan bir futbol hadisəsi kimi qiymətləndirilməlidir. Azərbaycan futboluna məxsus bir klubun Xankəndidə rəsmi oyunlar keçirməsi ölkənin suverenliyinin və institusional varlığının idman müstəvisində təsdiqidir. Qarabağ Universitetinin tələbələrinin artıq fan klub yaratması və klub rəhbərliyi ilə planlaşdırılan görüşlər futbolun gənclər üçün sosial inteqrasiya vasitəsinə çevrildiyinin nümayişi olacaq. Stadionun tribunalarında yerli əhali, tələbələr və azarkeşlərin bir araya gəlməsi şəhərin ictimai həyatına yeni dinamika və rəng qatacaq. Hesab edirik ki, "Xankəndi" FK-nın şəhər əhalisinə və futbolsevərlərə rəsmi təqdimatı regional futbol mədəniyyətinin formalaşması baxımından mühüm mərhələdir. Bu proses Qarabağın yalnız iqtisadi və sosial deyil, eyni zamanda idman və simvolik baxımdan da Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu nümayiş etdirir. Nəticə etibarilə, Xankəndi şəhər stadionunda keçiriləcək hər oyun müasir Azərbaycan tarixinin futbol dili ilə yazılan bir səhifəsinə çevriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sport24.az
archiveBu xəbər 24 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri