Icma.az
close
up
RU
Xanlar Ağalarov Green Flag Award ı necə əldə edib? Milli Parka verilən mükafatın izi ilə

Xanlar Ağalarov Green Flag Award ı necə əldə edib? Milli Parka verilən mükafatın izi ilə

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dənizkənarı Milli Park "Green Flag Award" beynəlxalq mükafatına layiq görülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəsmi saytında məlumat yerləşirilib. 

Həmin məlumatda qeyd edilir ki, Dənizkənarı Milli Parkın "Green Flag Award"a namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu, yaşıllaşdırma və təmizlik standartları ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib. 

"Green Flag Award" mükafatı Böyük Brtitaniyada təsis edilib. Mükafatın saytında bildirilir ki, məqsəd Birləşmiş Krallıq və dünya üzrə açıq havada istirahət məkanlarının idarə olunması üçün nümunəvi standart müəyyən etməkdir. 


Standartlara əsasən bunlar daxildir: yaşıllıq sahəsinin idarə olunmasında uğurlu təcrübə, yaxşı idarəetmə standartları... 

Qiymətləndirmə isə 8 bölmə üzrə aparılır: qarşılanma, təhlükəsizlik, təmizlik, ekoloji idarəetmə, biomüxtəliflik/landşaft/irs, icma iştirakı, marketinq-kommunikasiya, idarəetmə. Ümumi bal 100-dür. Keçid üçün minimum 66 bal tələb olunur.

Bu mükafata onlayn şəkildə müraciət edilir. Bəzi sənədlər təqdim olunur və heç də az olmayan məbləğdə bəlli rüsumlar ödənilir. 20 hektara qədər ərazisi olan parklar üçün rüsüm 6000 paund (təxminən 13 600 AZN), 20 hektardan böyük olan parklar üçün isə daha 6000 paund rüsüm nəzərdə tutulur. Bu hardasa ilkin ödəmədir. Onlayn dəyərləndirmədən sonra bir neçə nümayəndə-qonağın gəlişi, qalma və yola salınma xərcləri də var. Bu xərclərin də "ev sahibi" tərəfindən qarşılandığını təxmin etmək olar. Üstəlik, mükafatı hər il saxlamaq-qorumaq üçün də əlavə rüsum-ödənişlər tələb olunur. 

Qısası, "Green Flag Award” mükafatını almaq üçün əlin cibində olmalıdır. Lakin bununla işimiz yoxdur və məqsədimiz bu mükafatın nüfuzunu sual altına almaq deyil. Amma mükafatın hansı kriteriyalar üzrə (parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu və s.) verildiyini görəndə bəzi sualların yaranması da təbiidir.

Ən azı ona görə ki, Dənizkənarı Bulvar İdarəsinin keçmiş rəhbəri İlqar Mustafayevin məhkəməsi hələ bitməyib və ona qarşı irəli sürülən rəsmi ittihamlarda bu kriteriyaların az qala hamısının kobud pozulmasından bəhs olunur.

Xatırladaq ki, İlqar Mustafayev 2024-cü ilin yanvarında vəzifəsindən azad edilib. Bundan sonra Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlamasına başlayıb. 2024-cü ilin sentyabr ayında isə İqar Mustafayev həbs edilib. 

Rəsmi ittihamda qeyd edilir ki, İlqar Mustafayevin 2021-2023-cü illər ərzində İdarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-sitifadə etmə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cari ilin iyul ayında İlqar Mustafayevin məhkəməsi başlayıb.

Beləliklə, İlqar Mustafayevin həbsi fonunda Dənizkənara Milli Parkın "Green Flag Award” mükafatına "layiq” görülməsi və bunun təntənə ilə ictimaiyyətə təqdim edilməsi anlaşılan deyil. 


Dənizkənarı Bulvar İdarəsinin yeni rəhbəri Xanlar Ağalarov ötən ilin yanvarında bu vəzifəyə təyin edilib. Yəni, o bir ildən artıqdır ki, idarəyə rəhbərlik edir. Bu dövrdə hansı əhəmiyyətli dəyişikliyə nail olunub? Milli Parkda hansı yeniliklər baş verib? Hələ biz onu demirik ki, "Green Flag Award” mükafatına namizədlik üçün sənədlərin təqdim edilməsi, qiymətləndirmə prosesinin özü də müəyyən vaxt tələb edir. Onda belə çıxır ki, Bulvar İdarəsi son vaxtlar əsas səylərini bu mükafatı əldə etməyə yönəldib. Əlbəttə, yəqin buna da ehtiyac var. Amma yeni rəhbərlik köhnədən qalma problemlərin hansı səviyyədə və nə qədər aradan qaldırıldığı barədə ictimaiyyətə də ətraflı hesabat verməyə diqqət ayırsa, yaxşı olardı.

Seyid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri