Icma.az
close
up
RU
Xanlar Vəliyevlə bağlı AÇIQLAMA

Xanlar Vəliyevlə bağlı AÇIQLAMA

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin tezliklə vəzifədən gedəcəyi ilə bağlı xəbər yayılıb. Onun Konstitusiya Məhkəməsinin hakimi təyin olunacağı gözlənilir. Bildirilir ki, Xanlar Vəliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Gəncə şəhər prokurorluğunda müstəntiq və prokuror köməkçisi, daha sonra Qazax və Şəmkir rayonlarında prokuror müavini kimi çalışıb. Uzun müddət – 1993-2000-ci illərdə baş prokurorun müavini vəzifəsini icra edib.

O, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə baş prokurorun müavini – hərbi prokuror təyin olunub və bu günədək həmin vəzifədə xidmət göstərib.

Xanlar Vəliyev necə hərbi prokuror olub? Onu kim əvəz edə bilər? Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Xanlar Vəliyev yaşına görə çoxdan vəzifədən getməli idi:

“Amma xidmətdə qalmağın son yaşı ilə əlaqədar ona bir il əlavə vaxt verilmişdi. Bu səbəbdən vəzifəsini icra edirdi. Konstitusiya Məhkəməsinin hakimlərinin yaş həddinin 70-dən 75-ə qaldırılması məsələsi gündəmdədir. Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması mümkündür”.

Bakupost.azÜzeyir Cəfərovun sözlərinə görə, Xanlar Vəliyevin hərbi prokuror kimi fəaliyyəti dövründə ciddi nöqsanlar olub:

“Təkcə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü xidməti rəisinin ağır maddələrlə ittiham olunması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktından sonra sərbəst buraxılması çox şeydən xəbər verir. Bildiyim bir neçə fakt var ki, bunlara görə Hərbi Prokurorluq birbaşa məsuliyyət daşıyır.

Onu kimin əvəz edəcəyini söyləmək çətindir. Bu seçim rəsmi şəxslər tərəfindən ediləcək. Hüquqşünaslar və hərbi sahəni bilən şəxslər bu vəzifəyə gətirilərsə, daha yaxşı olar. Kimin hansı vəzifəni tutmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və qanun qarşısında məsuliyyətini dərk etməlidir”.

Ekspert “Tərtər işi” məsələsini də xatırladıb:

“Tərtər işi” uzun illər müzakirə mövzusu olacaq. Son vaxtlar bu istiqamətdə əvvəllər buraxılmış səhvlərin düzəldilməsi prosesi həyata keçirilir. Üstündən onilliklər keçsə də, bu məsələ yenə gündəmə gələcək. Bu işin yaranma tarixi, aparılması, məhkəmələrdə əvvəlcə təsdiq edilməsi, bir neçə ildən sonra isə məhkum olunmuş şəxslərə bəraət verilməsi ilə bağlı çoxlu suallar ortaya çıxacaq. Bu sualların əksəriyyəti məhz Xanlar Vəliyevə ünvanlanacaq.

Fikrimcə, Xanlar Vəliyev baş prokurorun müavini və hərbi prokuror olduğu müddətdə daha çox təbliğata işləyirdi. İllər keçdikcə onun necə bir hərbi prokuror olması haqqında yekun qənaət formalaşacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Aprel 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see466

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see249

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see199

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see114

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see113

“Rusiyanın təklifləri qəbuledilməzdir” Zelenski

04 İyun 2025 19:51see113

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see113

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see113

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Tədqiqat: Süd Yolunun Andromeda qalaktikası ilə toqquşma ehtimalı daha azdır

04 İyun 2025 12:02see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Əməkdaşlığın coğrafiyası genişlənir

04 İyun 2025 11:57see110

Bayden bildirib ki, prezidentlik dövründə bütün qərarları özü verib

05 İyun 2025 07:21see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri