Icma.az
close
up
RU
Xanlarovanın şirkəti Şərur sakininin torpağını zəbt edib

Xanlarovanın şirkəti Şərur sakininin torpağını zəbt edib

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

İsgəndər Mahmudov: “Ali Məhkəmənin qərarını sayan yoxdur”

Şərur rayonu, Muğancıq Mehrab kənd sakini Mahmudov İsgəndər Məhəmməd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, xalq artisti Zeynəb Xanlarovanın şirkəti tərəfindən onun torpaq sahəsi zəbt edilib:

“Mən, Mahmudov İsgəndər Məhəmməd oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2004-cü ildə Bakı şəhəri, Səbail rayonunda 170 kvadrat metr qeyri-yaşayış sahəsi olan ev aldım. 2005-ci ilin mart ayında Babayev Məhəmməd Əhmədağa oğlu zəng edib bildirdi ki, “biz həmin yeri almışıq, istəyirsən yerin pulunu sənə verək”.

Qeyd edim ki, həmin ərazini alan şirkətin adı “NOE” MMC-dir. Bu şirkət Zeynəb Xanlarovaya aiddir. Həmin ərazi 280 kvadrat metr idi. Mənim payıma düşən isə 170 kvadrat metr ərazi idi.

Mənə təklif etdilər ki, gəl Bakı şəhərinə, burada müqavilə imzalayaq. Mən 3 gün Bakıda qaldım, möhürü gətirib çıxartmadılar. Odur ki, Şərura qayıtmalı oldum.

Bir müddət sonra gələndə gördüm ki, mülkümü söküb-dağıdıblar. Uzun mübahisələrdən sonra dedilər ki, “gözlə, öz ərazini tikək verək”. Bir neçə ilə bina hazır oldu. Yenə mənə oyun qurdular, aldatdılar. Şirkəti məhkəməyə verdim.

2017-ci ildə Zeynəb Xanlarova deputat seçiləndə Milli Məclisə məktub ünvanladım. Bu günə qədər də Zeynəb Xanlarova məktublarıma cavab vermir. Məhkəmələri udmuşam, amma mənə aid olan ərazini vermirlər, mənimsəyiblər.

2025-ci il aprel ayının 26-da Ali Məhkəmə də qərar çıxardı. Məhkəmə qərar verdi ki, qarşı tərəfə dəyən ziyan ödənilsin. Amma əhkəmənin qərarını sayan yoxdur.

Özüm 1991-1992-ci illərdə Sədərək rayonunda gedən döyüşlərin iştirakçısı olmuşam. Hazırda 2-ci qrup əlilliyim var. Sədərəkdə Ermənilərə bir qarış torpaq vermədik. Amma öz vətənimin adamı əlimdən mənə məxsus olan torpaq sahəmi alıb”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri