Icma.az
close
up
RU
Xaricdə fəaliyyət göstərən bəzi müxalif şəxsləri ölkəyə gətirmək Araiki gətirməkdən də çətin prosesdir

Xaricdə fəaliyyət göstərən bəzi müxalif şəxsləri ölkəyə gətirmək Araiki gətirməkdən də çətin prosesdir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Qurban Məmmədov və digərlərinin Azərbaycana gətiriləcək. Məlumatı deputat Elman Nəsirov da təsdiqləyib. Deputat TNS TV-yə müsahibəsində bildirib ki, həmin şəxslər Azərbaycana mütləq gətiriləcək, sadəcə zaman məsələsi var.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,bu fikirlər daha ciddi kanaldan səslənərsə inandırıcı olar: “Elman Nəsirovdur da, danışır da… Bunu Əli Nağıyev və ya Vilayət Eyvazov desə inandırıcı olar. Belə məlumatlar hüquq-mühafizə orqanlarından gəlməlidir. Yoxsa, belə informasiyaları çox eşitmişik. Bətən xainləri, söyüş söyənlər, şər-böhtan atanlar ölkəyə gətirilməlidir. Onların içində belələri var. Amma onları Avropadan gətirmək, Araiki tutub gətirməkdən daha çətindir”.

Əhəd Məmmədli

Əhəd Məmmədli qeyd edib ki, əgər çətin olmasaydı, bu proses çoxdan baş vermişdi.

Politoloq hesab edir ki, Azərbaycandan onlara kimin pul ötürdüyü də məlumdur və artıq sirr deyil: “Onlar özləri bir-birinə deyirlər ki, "Bakıdan kart gəldi". Bakıdan kartları, pulları kim göndərir onlara? Təbii ki, "acından günorta yuxudan duran" müxalifət göndərmir ki, bunu xalqı kürüyə həsrət qoyan, amma özü gündə kürü yeyən iqtidar daxilindəki bəzi qüvvələr göndərir. Onlar müəyyənləşdirməli, ortaya çıxmalıdır. Yoxsa, bu oyunlardan maraqlı vəziyyət ortaya çıxacaq.

Yəqin ki, bu hadisəni xatırlayırsınız: Bir yalançı çoban olur, bir dəfə deyir ki, “ay camaat, qoyunlarımı canavar yedi”. Camaat gəlir görürlər ki, yalan deyir. İkinci dəfə yenə qışqırır ki, “ay camaat, qoyunlarımı canavar yedi”. Yenə gəlib görürlər ki, yalan danışır. Üçüncü dəfə canavar həqiqətən hücum edir, çoban qışqırsa da, heç kim gəlmir. Yəni bu yalanlar, spekulyasiya, siyasi konyukturaya uyğun olan informasiyalar, “bu gün belə lazımdır, bu məlumat ver, sabah lazım deyilsə, vermə” kimi fikirlər ictimaiyyəti yorur. Ciddi bir iş görülməlidir.

Elə bu Ramiz Mehdiyev məsələsində də… Tutursunuz tutun, buraxırsınız buraxın. Ailə məsələlərini ortaya töküblər. Jurnalist tutulur, onu Ramizlə əlaqələndirirlər. Kimsə qızına aliment vermir, kimsə oğluna nəsə vermir, kimin oğlu Rusiyadan tapılıb? Bu informasiya yığınından qurtulmaq lazımdır. Azərbaycan siyasəti belə olmamalıdır”.

Əhəd Məmmədli təəssüflə bildirib ki, Azərbaycan siyasətinin bu vəziyyətdə olmasında ilk günahkar köhnə iqtidar və köhnə müxalifətdir: “Hansı ki, onlar 1993-cü ildə hakimiyyətdə olub. Baxın, onlar əl-ələ tutaraq, Azərbaycan siyasətini bu günə qoydular. Elə olmasaydı bu gün nə Elman Nəsirov siyasətdə olardı, nə də o söyüş söyən şəxslər. Təəssüf ki, siyasət bu qədər aşağı səviyyəyə endirildi. İndi də bir-birinə şərh verirlər. Amma söyüşlər də Bakıdan gəlir. Tapşırıqların bir qismi həm köhnə iqtidardan, həm də köhnə müxalifətdən verilir. Hamısı məlumdur. Nə vaxtsa bu ölkədə “Ağ partiya” iqtidar olsa, həqiqətən də real işlər görüləcək. Kimlərsə tutulacaqsa, doğrudan da tutulacaq, kimlərsə gətiriləcəksə, doğrudan da gətiriləcək. Yəni beıə söz oyunu daha olmayacaq”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri