Xarici donor icmaların Azərbaycanda minatəmizləmə fəaliyyətinə göstərdiyi yardım çox aşağıdır Fərid Şəfiyev
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə göstərilən xarici yardım donor icmasının başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.
Redaktor.az Report-a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT-nin mənzil qərargahında Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və BMTM-in birgə təşkilatçılığı ilə “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinqdə danışıb.
O qeyd edib ki, 2020-ci ildən genişmiqyaslı humanitar minatəmizləmə işlərinin başlanğıcından bəri xarici yardım Azərbaycanda humanitar minatəmizləməyə ayrılan resursların yalnız 6 faizini təşkil edib:
“Bu, həm Azərbaycanın üzləşdiyi minatəmizləmə problemlərinin ciddiliyi baxımından, həm də beynəlxalq donor icmasının adətən başqa yerlərdə oxşar məsələlərə verdiyi töhfələrin səviyyəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 05 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















