Icma.az
close
up
RU
Xarici jurnallarda çıxışlar elmimizə nə qazandırır?

Xarici jurnallarda çıxışlar elmimizə nə qazandırır?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Son illərdə beynəlxalq indeksli jurnallarda məqələ çap etdirmək alimlərimizə nüfuz və elmi imic qazandıran amillərdən biri kimi aktuallıq qazanıb. Elmi araşdırmaların təsdiqində və akademik karyerada üstünlük qazandıran belə məqalələrin milli elmimizə nə qazandırması ilə bağlı qəzetimiz vasitəsilə zəruri açıqlama verən Bakı Dövlət Universitetinin cəbr və həndəsə kafedrasının müdiri, Ali Attestasiya Komissiyası riyaziyyat və mexanika üzrə ekspert şurasının sədri, professor Arif Səlimov bildirdi:

– Beynəlxalq indeksli jurnallarda dərc olunmanın önəmi bir neçə cəhətdə özünü göstərir. Belə jurnallar ciddi ekspert rəyindən keçir, bu da məqalənin etibarlılığını təmin edir. Məqalə dünya elmi ictimaiyyətinə açıq olur və digər tədqiqatçılar ondan sitat gətirə bilir. Nəticədə, belə bir məqalənin dərc olunması akademik dəyər qazanmağa kömək edir və elmi dərəcə, elmi ad və elmi layihələr üçün göstərici kimi istifadə olunur.

Qeyd edilən indeksli jurnallarda məqalələrin çap olunması, həm də ölkənin elmi səviyyəsini dünyaya tanıtmaq və tədqiqatçıların fəaliyyətini artırmaq üçün önəmli alətlərdən biridir. Lakin hər jurnal elmi keyfiyyət və nüfuz daşımır. Bəzi pullu və tez nəşr edilən jurnallarda məqalələrin çap olunması elmi potensialın imicinə heç də xeyir vermir və müəllifə uğur gətirmir.

Azərbaycan alimlərinin yalnız məhdud bir qismi beynəlxalq elmi mühitdə yüksək nüfuzu olan jurnallarda keyfiyyətli araşdırmalarını dərc etdirməklə ölkənin elmi mövqeyinin güclənməsinə töhfə verir. Digər bir qrup tədqiqatçı isə əsasən pullu jurnallara yönəlməklə formalaşmaqda olan müsbət imicə gerçək və davamlı təsir göstərə bilmirlər.

Bu baxımdan, alimlərin çap fəaliyyətlərinin təhlili və təlimatlandırılması vacibdir. Mətbuatda dərc edilən əvvəlki yazılarımda məsləhət görülməyən jurnalları üç və dördüncü sinfə ayırmış və ictimaiyyətlə paylaşmışdıq. İndi isə 3-cü sinfin ən “parlaq” nümunəsi olan MDPI (çoxşaxəli rəqəmsal nəşriyyat institutu) jurnalları haqqında məlumat vermək istəyirəm.

MDPI jurnalları İsveçrədə mərkəzləşmiş və açıq şəkildə pul qarşılığında məqalə çap etdiklərini bildirən bir qurumdur. Onların 100-ə yaxın jurnalı “Web of Science”da, 300-ə yaxın jurnalı isə “Scopus”da indekslənmişdir. Sürətli çap və rahat giriş imkanları bu jurnalları bəzi tədqiqatçılar üçün cəlbedici edir. Lakin dünyanın bir sıra qabaqcıl ölkələri MDPI jurnallarında çap olunan məqalələrə görə təşviq, mükafat, elmi dərəcə və adların verilməsində məhdudiyyətlər tətbiq etmişdir.

Azərbaycan alimlərinin MDPI jurnallarında fəaliyyətinin təhlili göstərir ki, 727 məqalə müxtəlif sahələrdə çap olunmuşdur və müəlliflər doktorantlardan professorlara qədər müxtəlif elmi səviyyələri əhatə edir. Eyni zamanda, bəzi məqalələrdə Azərbaycan universitetlərinin adının keçdiyi xarici müəlliflər də iştirak edir.

Bildiririk ki, elm və təhsil qurumlarımız qeyd olunan məsələni ciddi şəkildə təhlil etməli, MDPI və buna bənzər jurnallarda Azərbaycan alimlərinin nəşr fəaliyyətinə obyektiv qiymət verməli, bu nəşrlərin ölkəmizin beynəlxalq elmi nüfuzuna təsirini ortaya qoymalı və müvafiq qurumlar üçün əsaslandırılmış strateji tövsiyələr hazırlamalıdır.

Hazırladı:
Namiq QƏDİMOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri