Icma.az
close
up
RU
Xarici siyasətimizin geniş vizyona və coğrafiyaya malik olduğunu, Afrika və Asiyaya yeni açılımın dönməz xarakter aldığını təsdiq edir Azay Quliyev

Xarici siyasətimizin geniş vizyona və coğrafiyaya malik olduğunu, Afrika və Asiyaya yeni açılımın dönməz xarakter aldığını təsdiq edir Azay Quliyev

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın xarici siyasət gündəmini son bir neçə gündə ölkəmizə gələn xarici ölkə nümayəndələri, prezidentləri və onlar arasında olan danışıqlar tutub.

Belə ki, elə son bir həftə ərzində Somali, Qvineya Prezidentləri, o cümlədən Pakistanın Baş nazirinin rəsmi səfərləri və bu səfərlər zamanı danışıqlar, ölkələr arasında imzalanan sənədlər bunu deməyə əsas verir.

Bu görüşlər ölkə gündəmində müsbət şərh edilir.

Səfərlərin təfərrüatları ilə bağlı Milli Məclisin deputatı Azay Quliyev də saytımıza fikirlərini bildirib.

Gununsesi.info sözüngedən mətni təqdim edir:

“Son bir həftə ərzində Somalinin, Qvineyanın Prezidentlərinin və Pakistanın Baş Nazirinin Bakıya rəsmi səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər Azərbaycanın Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin nə qədər geniş vizyona və coğrafiyaya malik olduğunu, Afrika və Asiyaya yeni açılımın dönməz xarakter aldığını bir daha təsdiq edir. Bu baxımdan 5,1 trilyon ABŞ dolları ÜDM-i, 1,28 milyard əhalisi və 7,62 milyon kvadrat kilometr ərazisi olan D-8 təşkilatına Azərbaycanın rəsmən üzv qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu üzvlük ölkəmizin iqtisadiyyatı və xarici siyasətində yeni imkanlar yaradacaq, ticarət əlaqələrini genişləndirəcək, ənənəvi tərəfdaşlardan kənarda yeni bazarlara çıxışı təmin edəcək və dövlətimizin beynəlxalq təsirini daha da artıracaq.

Bu mərhələdə təşkilatın əsas aparıcı ölkəsi olan qardaş Türkiyənin rolunu və Azərbaycana verdiyi dəstəyi xüsusi olaraq vurğulamaq lazımdır. Sevindirici haldır ki, son aylar, xüsusilə, Suriyada Əsəd rejiminin devrilməsindən sonra Türkiyə qlobal güc olmaq və milli hədəflərinə çatmaq istiqamətində daha ciddi uğurlar əldə etməyə başlayıb.

Bu kontekstdə, dünən, fevralın 27-də PKK terror təşkilatını yaradan və 1978-ci ildən ona rəhbərlik edən Abdullah Öcalanın terrorçuları silahları yerə qoymağa çağırması və bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı etdiyi müraciət çox əhəmiyyətli tarixi hadisədir. Bu müraciət terror təşkilatlarının fəaliyətlərinin davam etməsinin “motivlərinin” və xarici ölkələrin onları dəstəkləmək üçün uydurduqları bütün bəhanələrin üstündən xətt çəkmiş oldu. BMT Baş Katibi Qutterreşin, İraq Kürdüstan Regionunun rəhbəri Bərzaninin, hətta, PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD və YPG qruplaşmasının silahların yerə qoyulması və terrorun durdurulması ilə bağlı edilən təşəbbüsü dəstəkləməsi Türkiyənin terror bəlasından birdəfəlik qurtulması üçün tarixi imkan deməkdir. Bu münasibətlə qardaş Türkiyə xalqını, dövlətini və silahlı qüvvələrini ürəkdən təbrik edirəm. Türkiyənin bu prosesdən güclü və qalib çıxacağı artıq şübhə doğurmur. Türkiyənin qələbəsi isə həm də Azərbaycanın gücü və qalibiyyəti olacaqdır.”

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Fevral 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see152

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see146

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see142

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see137

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see128

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see113

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri