Icma.az
close
up
RU
Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur Hekayə müzakirəsi

Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur Hekayə müzakirəsi

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az qələm adamlarının Əli Zərbəlinin “Entropiya” hekayəsi haqqında fikirlərini təqdim edir.

Qəşəm Nəcəfzadə:

"Hekayənin strukturu yaxşıdı. Müasirdi. Enerjinin dağınıqlığı diqqət çəkir. Ancaq dil zəif, cümlələr, ifadələr tanışdı və tanış olduğu qədər zəifdir. Dilin fonetik, leksik normaları pozulub. Cümlələrin sonun da feillər əksərən ikihecalı olduğundan ritm pozulur, nəticədə yeknəsəklik yaradır.
Cümlələr dizüstə yazılan rejissor qeydlərinə oxşayır. Tələsik qeydlər. Tələsik ssenari mətni. Aşağıdakı cümlələrə fikir verin:

"Gözlərini könülsüz açır və çarpayısından tələsik uzaqlaşan siluetə baxır. (???)
Bir müddət yerində hərəkətsiz uzanıb mətbəxdən gələn qab-qacaq səslərinə qulaq verir. (????)
Gözünü otaqda boş-boş gəzdirir: radiatorun üstündəki bir cüt coraba, stulun arxasından asılmış tünd boz şalvarına, mavi, düyməli köynəyinə, aralı qapıdan içəri süzülən sarımtıl işığın yaratdığı zolağa key-key baxır. (???)
Hava hələ açılmayıb, çöldə külək vıyıldayır. Yorğanı üstündən atıb ayaqlarını döşəməyə basır. (???)"

Cümlələrin ardıcıl olaraq ikihecalı feillərlə bitməsi enerjini pis mənada dağıdır, dili öldürür və yaxud “Otuz beş yaşına qədər onlarla qadınla gəzdi-tozdu”. Bu cümlədə “Onlarla qadınla” sözlərində; birinci sözdə - lar, -la, ikinci sözdə - la şəkilçiləri yaxın məsafədə işləndiyindən dili ağırlaşdırır, ləngidir. Bir də “Tozdu” sözü nə deməkdir? Hər nədirsə, burda yerinə düşmür.
“Horranı həvəsssiz-həvəssiz çeynəyir”. Məncə, horranı elə adına uyğun hortdadarlar, çeynəməzlər.
Rəfailin Floraya baxaraq onun simasını təsvir etməsi tanış və çox işlənmiş cizgilərdir. Yorucudur, erotik səhnə də belə. Elə bil hardansa köçürülmüş səhnədir.

"Avroviziya" iştirakçısı olan əkiz bacılar intihar etdilər Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü” Cəbhədən ədəbiyyata... - Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi?

Aşağıdakı cümlələr baxın:

“"İnşaatçılar" metro-stansiyasında düşüb kirayələdiyi evə doğru, Rasim Səfərov küçəsinə istiqamət almır, Abbas Şərifzadə küçəsi ilə addımlamağa davam edir və baxışlarını yaxınlıqdakı Araz marketə yönəldir”. Belə təsvirlər və ifadə tərzi robot hərəkətlərdir. Canlı deyil. Süni intellekt təfəkkürüdür sanki.
“Yaramaza bax ha, atanın dodaq yerini təmizləyir”. - “Təmizləmək” sözü də yerində deyil.
Hekayədə xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur".


Samirə Əşrəf:

"Hekayə uzun olsa da, dili yaxşı olduğuna görə axıcılıq var. Rahat oxunur. Bununla belə hekayənin məzmunu məni açmadı. Quru və təsirsizdir. Ancaq bu problem təkcə Əli Zərbəlinin deyil, gənc yazıçıların bir çoxunda bununla qarşılaşırıq. Onlar elə bilirlər ki, məişəti necə gəldi təqdim eləmək, açıq mesajlarla yazmaq artıq hekayə deməkdir. Belə deyil. Əlinin yaxşı hekayələri var, amma bu hekayə ortababdır. Müəllifə uğurlar arzu edirəm".


Cavid Ramazanov:

"Əlinin qələmini bəyənirəm, gənc müəllif kimi böyük potensialı var, yaxşı mətnlər yaradacağına əminəm. Amma bu hekayəsi həm məzmun, həm də forma nöqteyi-nəzərindən ürəyimcə olmadı.

Əgər söhbət formadan gedirsə, hekayə və roman fərqli janrlardır, hərəsi özünəməxsus dəsti-xətt və yanaşma tələb edir. Əli isə elə bil roman texnikası tətbiq etmək istəyib. Bu bardağa vedrəylə suyu sığdırmağa bənzəyir. Alınan iş deyil, daşıracaqsan. Əli bu mətndə suyu daşırıb.

Məzmuna gəldikdə, ekzistensial böhran, şəhvət və xəyanət mövzularında bəs deyincə yazılıb. Əgər bu mövzuya toxunulursa, orijinal bir məqam olmalı idi. Hekayədə o məqamı görmədim.

Bəlkə, Əli hansısa gizlin eksperimentə əl atıb, entropiya elementiylə nəyəsə eyham vurub? Bilmirəm, ola bilsin. Eksperimental mətnlərdə bir qayda olaraq eksperimentalıq qabardılır, oxucu bir növ yönləndirilir. Əlinin hekayəsində məzmun ön plandadır, o da dediyim kimi, çeynənmiş mövzudur.

Əlinin "Hər şey dəyişəndə" hekayələr kitabını oxumuşam. Şəxsi qənaətimə görə, Əlidə romançı dəsti-xətti var. Məncə, o, sözünü romanda deyəcək, hekayədə tam alındıra bilmir".

Əli Novruzov:

"Əli Zərbəlinin “Entropiya” hekayəsini oxuyanda Oleq Yankovskinin baş rolu oynadığı “Xəyallarda və reallıqda uçuşlar” filmi yadıma düşdü. Yenidən baxmaq üçün qeyd elədim. Əli Zərbəlinin hekayəsi də adına “orta yaş böhranı” deyilən ruh halından bəhs edir. Hətta bu hekayədə əsas obraz “orta yaş böhranı” özüdür. Naşı gözlə baxsaq, biz bu mətndə Rəfaeli, onun ailəsini və aşiq olduğu tələbəsi Floranı görürük, tamaşada minimum aktyor heyəti çıxış edir. Əslində isə süjetin konflikti Rəfaellə hekayənin gözəgörünməz əsas obrazı olan “orta yaş böhranı” arasındadır. Rəfail bu qarşıdurmada məğlub olacaq və onun məğlubiyyəti digər obrazların da həyatını alt-üst edəcək.
Hekayənin finalı məndə bir qədər təəssüf hissi doğurdu, çünki mənim də 40 yaşım var, “orta yaş böhranı” və sair dəbdə olan depressiyaların xırda burjua yanılğısı olduğunu yaxşı bilirəm. Psixoanaliz də, əslində, müasir kapitalizmin şəhər mühitində özünün yaratdığı yadlaşma, tənhalıq və psixoloji problemləri yumşaltmaq üçün uydurduğu və marketinqini apardığı instrumentdən başqa nədir? Amma biz bədii mətndən danışırıq, Altüsseri bir müddətlik ruhi xəstəxanaya yatırtmalıyıq ki, bizə mane olmasın.
Hekayə qəfildən, gözlənilməyən yerlərdə kvazi-poetik təhkiyə forması alır, sonra qəfildən düz və hamar yola çıxır. Xəsis və funksional dialoqları Rəfailin daxili dünyasına geniş açılan pəncərə əvəz edir, yaxud da perspektiv lapdan dəyişir və biz kövrək növcavan Floranın həyata naiv baxışının şahid oluruq. Bütün bu təbəddülatlar bilərəkdən işlədilmiş ədəbi priyomdur, yoxsa mətn özü belə alınıb, bu barədə bir konkret fikrim yoxdur, ancaq “orta yaş böhranından” keçən bir insanın adətən bir gün ərzində əhval-ruhiyyəsindəki kəskin təbəddülatları təcəssüm etdirir sanki. Burada inversiya yersiz idi, amma qoy qalsın.
Bu hekayə mənim funksionalist estetik baxışlarıma zidd formada yazılıb, çünki müasir nəsr, mənə görə, quru, epitetsiz və metaforasız, dinamik, hərəkətli, kinematoqrafik və funksional cümlələrlə yazılmalıdır, amma oxuyanda əlimi masamın üstündəki qayçıya atmaq istəyi yaranmadı. Bir ruhani dostumun başqa kontekstdə dediyindən sitat gətirsəm, "cənnətə təkcə biz düşməyəcəyik". Hərçənd, bu hekayəni Əli Zərbəli redaktə üçün mənə göndərsəydi, o qayçıdan, bəlkə, heç özü də qurtula bilməzdi. Son şəkillərindən görürəm ki, saçı-saqqalı yaman uzanıb. Avropada bərbər xidmətləri və ülgüc baha olduğu üçün gənclər saçlarını uzadır, saqqallarını vaxtı-vaxtında qırxmırlar.
Mövzu klassikdir, ancaq işlənməsi yenidir. Əli Zərbəli bu hekayədə yeni və maraqlı texnikalardan səxavətlə işlədib. Hekayəni oxuyanda müəllifin kimlərdən təsirləndiyini də hiss etmək olur. Burada adlar çəkmək istəmirəm. Mən bu hekayəni bəyəndim, amma bəyənməyənlərin də mövqeyini başa düşürəm. Bu mövzuda klassik tərzdə yazılmış hekayə oxumaq istəyənlər Çexovun “İt gəzdirən xanım” hekayəsinə baxa bilərlər. 1899-cu ildə dərc olunub. Elə onların yaşadıqları zamana təsadüf edir".

Orxan Həsəni:

"Əli Zərbəlinin "Entropiya" hekayəsini ədəbiyyatımız üçün yeni bir struktur üstündə işləyib. Bu cəhdləri alqışlayıram. O, hekayənin hissələrini pazl parçaları kimi bir-birindən ayırıb. Məncə, söhbəti tam başa düşmək üçün bu bir işarədir, çünki mətndə formadan başlayaraq hər şey parçalanmaya, xaosa, bir-birindən ayrılmağa doğru gedir. Parçalanmanın, xaosun. ayrılmanın bədii həllini hekayədə görə bilirik. Bu, məncə, hekayənin uğurudur.
Yaxın günlərdə macar yazıçı Peter Nadasın hekayələrini oxudum. Olduqca maraqlı, özünəməxsus stixiyası olan müəllifdir. Onun "Müqəddəs kitab" hekayəsi diqqətimi daha çox cəlb elədi. Nadas bu hekayəni roman strukturu ilə yazmışdı. Əlinin "Entropiya" hekayəsi də roman forması ilə yazılmış hekayədir. Maraqlı təcrübədir. Ümumən, hekayə xoşuma gəldi, həvəslə oxudum. Müəllifə uğurlar".

"Avroviziya" iştirakçısı olan əkiz bacılar intihar etdilər Virtual sərgi: “Beynəlxalq İnsan Hüquqları Günü” Cəbhədən ədəbiyyata... - Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Dekabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri