Icma.az
close
up
RU
Xəlifə və Bəhlul Danəndə YUNUS OĞUZ YAZIR

Xəlifə və Bəhlul Danəndə YUNUS OĞUZ YAZIR

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

YUNUS  OĞUZ

Pritça

Bir gün xəlifə Harun  ər Rəşidin kefi ala buludda gəzəndə vəziri içəri girib deyir ki, bəs filan tacir hüzurunuza gəlib. Xəlifə soruşur:

-Nə ilə bağlıdır hüzuruma gəlməsi, axı mən onu çağırmamışam?

Vəzir yenə baş əyib cavab verir:

-Ya əmirəlmöminin, qardaşınız Bəhlul Danəndədən şikayətə gəlib.

Xəlifə  xınalı saqqalını tumarlayır:

-Qəribədir, belə hörmətli zatın Bəhlulla nə işi ola bilər? Yaxşı, çağır gəlsin, mənim üçün də maraqlı oldu.

İçəri tösmərək bir nəfər girib xəlifəni salamladı, sonra dizlərini yerə qoyub iməkləyərək xəlifənin başmağından öpdü.

-Qalx, -Harun  ər Rəşid handan -hana dilləndi, - eşitdim qardaşımdan şikayətə gəlmisən.

Tacir ayağa durub əyin-başını düzəltdi.

-Bəli şikayətə gəlmişən, ya əmirəlmöminin.

-Danış, - xəlifə hökmlə dilləndi.

-Ya tacirlərin, əsnafın  himayəçisi! Bİr müddət ticarətim zəiflədi. Bilmədim neyləyim. Bazara çıxanda gördüm ki, Bəhlul gəlir. Dedim, ya Bəhlul Danəndə, mənə nə məsləhət verərsən ki, ticarətim genişlənsin? Düşünmədən cavab verdi: "Get dəmir al, yığ anbara, bir azdan müharibə elan ediləcək, silah qayırmaq üçün dəmirə çox ehtiyac olacaq."Elə də etdim. Qazancım dörd-beş qat oldu. Bir gün yenə oturmuşdum bazarda. Gördüm yenə o gəlir. Çağırdım yanıma. Dedim ya Bəhlul Divanə, mənə nə məsləhət verərsiniz ki, bir qədər də çox qazanım. Yenə düşünmədən cavab verdi: "Get çoxlu soğan al, yığ anbara, üstünə də su səp". Elə də etdim. Üstündən iki ay keçməmiş soğanlar göyərib xarab oldu. Əlimdə olan-qalan da getdi. Şikayətimin  məğzi belədir.

Xəlifə yenə saqqalını tumarlayıb dedi:

-Əgər, sən deyən kimidirsə, zərəri mən ödəyəcəm, yox, əgər qardaşım tutarlı bir dəlil ortaya qoysa, daha mənlik deyil.

Xəlifənin  əmrilə  Bəhlulu tapıb onun hüzuruna gətirdilər. Çox çəkmədi ki, üzündə heç vaxt  təbəssüm görünməyən Bəhlul içəri girdi. Durdu qapının ağzında.

Xəlifə barmağı ilə taciri göstərib soruşdu:

-Bu hörmətli zata bir dəfə məsləhətinlə yaxşı xeyir vermisən, bir dəfə də zərər, niyə?

Danəndə baxışları ilə əvvəlcə taciri gözdən keçirdi, sonra isə nəzərlərini qardaşının üzərində saxladı.

-Bu tacir bir dəfə mənə Danəndə kimi müraciət etdi. Mən də ona ağıllı məsləhət verdim. Çoxlu qazandı. Əli pulla oynamağa başlayanda genəldi, harınladı. İkinci dəfə mənə Divanə kimi müraciət etdi. Mən də dəli kimi məsləhət verdim, zərərə düşdü.

Xəlifə şaqqanaq çəkərək tacirə üzünü tutdu:

-Kişi, bu işdə sən özün günahkarsan. Məndən heç bir təzminat ala bilməyəcəksən, gedin.

Onlar mürəxxəs olandan sonra xəlifə üzünü vəzirinə tutub soruşdu:

-Vəzir, sən bu Bəhlulu gülən görmüsən?

-Xeyr, ya əmirəlmöminin.

-Onun həmişə qaşqabaqlı gəzməsi məni çox düşündürür. Sən belə et. Carçıya tapşır ki, kim Bəhlul Danəndəni gülən görsə, ona bir torba qızıl verəcəm.

Carçı aləmə car çəkir, amma onu heç kim gülən görmür.

Bir gün Bəhlul sallaqxananın yanından keçəndə baxır ki, qoyun öz ayağından asılıb, dərisi də soyulur.

O, bu mənzərəyə baxıb şaqqanaq çəkir. Qəssab bu mənzərəni görüb tez saraya qaçır ki, bəs qardaşınızı gülən görmüşəm.

Bəhlulu axtarıb tapırlar, xəlifənin hüzuruna gətirirlər. Harun ər Rəşid soruşur:

-Bu qəssab iddia edir ki, sən sallaqxananın yanından keçəndə gülmüsən. Bu doğrudurmu?

O xəlifənin sözlərini təsdiqləyir:

-Bəli, gülmüşəm.

Xəlifə göstəriş verir ki, qəssabı yola salsınlar.

O gedəndən sonra sual verir:

-Yaxşı bəs, o sallaqxanada səni güldürən nə  oldu?

-Qardaş, həmişə sənin zalımlığını, rəiyyətə əziyyət verdiyini görəndə fikirləşirdim ki, sənin bu əməllərinə o dünyada necə cavab verəcəm?  Sallaqxananın yanından  keçəndə gördüm ki, qoyun öz ayağından asılıb, dərisini soyurlar. Ondan başa düşdüm ki, hər kəs öz əməllərinə görə özü cavabdehdir. Bax buna güldüm...

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see300

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see285

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see261

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see261

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see250

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see240

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see235

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see232

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see227

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see223

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see215

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see215

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see212

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see208

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see206

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see192

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri