Icma.az
close
up
RU
Xərçəng xəstəliyi kişilərdən qadınlara, yaşlılardan gənclərə... ARAŞDIRMA

Xərçəng xəstəliyi kişilərdən qadınlara, yaşlılardan gənclərə... ARAŞDIRMA

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Alimlər aşkar ediblər ki, xərçəng xəstəliyi kişilərdən qadınlara, yaşlı insanlardan gənclərə doğru dəyişir. İlk dəfə olaraq, 65 yaşdan kiçik qadınlarda kişilərə nisbətən ağciyər xərçəngi riski daha yüksəkdir.

Amerika Xərçəng Cəmiyyəti tərəfindən yanvarın 16-da dərc edilən araşdırmada 1991-2021-ci illər arasında xərçəng yolixmalarının tendensiyaları araşdırılıb. Araşdırmalar gənc qadınlarda xərçəng riskinin əhəmiyyətli dərəcədə artdığını göstərib.Araşdırmalara görə, 50 yaşdan aşağı qadınların xərçəngə tutulma ehtimalı kişilərə nisbətən 82 faiz çoxdur. 

Bu nisbət 2002-ci ildə 51 faiz idi. Bundan əlavə, yaşlı insanlardan gənclərə keçid müşahidə edilib ki, xüsusilə gənc qadınlar daha yüksək risk altındadır.Qeyd edilib ki, 50 yaşdan aşağı qadınlarda diaqnoz qoyulan xərçənglərin yarısı süd vəzi və qalxanabənzər vəzi xərçəngidir.2012-2021-ci illər arasında ağciyər xərçəngi hallarında ümumi azalma müşahidə olunsa da, qadınlarda azalma sürətinin kişilərə nisbətən daha yavaş olduğu aşkar edilib.Araşdırmada qeyd edilib ki, yoluxmaların sayının artmasına baxmayaraq, xərçəngdən ölüm nisbətləri 34 faiz azalıb. Bu inkişaf xərçəngin erkən diaqnozu, daha yaxşı müalicə üsulları və siqaretin azaldılması ilə əlaqələndirilir.

Alimlər hələ də qadınlarda və gənclərdə xərçəngə meylin artmasının dəqiq səbəblərini izah edə bilməyiblər. Bununla belə, bəzi ekspertlər hesab edir ki, işlənmiş qidalar, spirt istehlakı, fiziki hərəkətsizlik və ətraf mühit faktorları ola bilər. Bundan əlavə, xərçəng diaqnozunda texnoloji inkişafın da hadisələrin daha tez aşkarlanmasına töhfə verdiyi ifadə edilib.Həddindən artıq çəki və spirtli içki qəbulunun bəzi xərçəng növlərini tətiklədiyinə diqqət çəkilib, fiziki fəaliyyətin olmaması və qeyri-sağlam qidalanmanın xərçəng riskini artıran əsas faktorlar olduğunu ifadə edilib.

Hesabatda 2025-ci ilə qədər ABŞ-da 2 milyon yeni xərçəng yoluxması və 618 min xərçəngə bağlı ölüm proqnozlaşdırıldığı qeyd edilib. Mütəxəssislər xərçəngdən qorunmaqda sağlam həyat tərzinin vacibliyini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news24.az
archiveBu xəbər 20 Yanvar 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri