Icma.az
close
up
RU
Enerji içkiləri xərçəng xəstəliyi yaradır? ARAŞDIRMA

Enerji içkiləri xərçəng xəstəliyi yaradır? ARAŞDIRMA

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsanların sağlam orqanizmə malik olmasında müxtəlif qidalarla yanaşı içkilər də rol oynayır.

Bu gün marketlərdə çox sayda qazlı və enerji içkilər satılır ki, onların alıcıları da kifayət qədərdir. Onların arasında yer alan enerji içkilər isə gənclər tərəfindən xüsusi rəğbətlə qarşılanır və istehlak edilir.

Ancaq mütəxəssislər marketlərdə satılan və çox sayda istehlak edilən qazlı və enerji içkilərinin orqanizm üçün təhlükəli olduğunu açıqlayıblar.  

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-da aparılan araşdırma bəzi içkilərin təkcə xərçəngə səbəb olmadığını, həm də xərçəng hüceyrələrinin sayını artırdığını ortaya çıxarıb.

Mütəxəssislər xüsusilə xərçəngə səbəb olan və yayılmasını sürətləndirən içkilər arasında qazlı su və enerji içkilərinin olduğunu bildiriblər. Bunun səbəbi, bu içkilərin tərkibindəki şəkər səviyyəsinin şişmanlığa və şəkərli diabetə töhfə verdiyi, xərçəngin irəliləməsinə kömək etdiyi göstərilib.

Texas Universiteti MD Anderson Xərçəng Mərkəzində aparılan bir araşdırma, bu içkilərdə olan qlükoza-fruktoza qarışığının şişin hərəkətliliyini artırdığını və metastaz ehtimalını artırdığını müəyyən edib. Bu proses sorbitol dehidrogenaz (SORD) fermentinin aktivləşməsi ilə sürətlənir.

Məlumatlar göstərir ki, xərçəng inkişaf etmiş xəstələr üçün pəhriz kritik faktordur. Bir sözlə, qazlı su və enerji içkilərinin təkcə piylənmə və şəkərli diabeti deyil, həm də kolon xərçənginin inkişafını sürətləndirdiyi aşkar edilib. Ölkəmizdə də qazlı və enerji içkiləri çox istehlak edilir və insanlar onların orqanizm üçün hansı təhlükələrə yol açdığı ilə məlumata malik deyilləır.

Şəhərin müxtəlif ərazilərində isə insanları həmin içkiləri almağa sövq edən reklam lövhələri kifayət qədərdir. Ancaq reallıq budur ki, onların insan orqanizminə zərərli təsirləri ilə bağlı maarifləndirilməsinə daha çox ehtiyac var. 

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Oktyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri