Icma.az
close
up
RU
Статья не опубликована
Xərci borcunu ödəməyən yerkökü Bərdə fermerlərini məyus edən səbəblər

Xərci borcunu ödəməyən yerkökü Bərdə fermerlərini məyus edən səbəblər

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kənd təsərrüfatı məhsulları içərisində öz faydası və məhsuldarlığı ilə seçilən bitkilərdən biri olan yerkökü ölkənin Qarabağ zonasında ən çox Bərdə rayonunda yetişdirilir.

Bu məhsul qış mövsümündə ikinci əkin kimi becərilir. Bərdə rayonunun Kətəlparaq, Soğanverdilər, Piyadalar və İmirli kəndləri bölgədə bu məhsulun ən çox əkildiyi kəndlər hesab olunur. Fermerlərin bildirdiyinə görə artıq bir neçə ildir ki, bu sahəyə maraq tədricən azalır. Bunun əsas səbəblərindən biri isə yerkökünün yetişdirilməsinə çəkilən xərclərin ilbəil artması və əldə olunan gəlirin maya dəyərini ödəməməsidir.

Uzun illərdir, yerkökü əkini ilə məşğul olan Bərdə rayonu Soğanverdilər kənd sakini, fermer Əlif İbrahimov “Report”un əməkdaşına açıqlamasında ötən il yerkökü üçün nəzərdə tutulan əkin sahələrinin bu il də azaldıldığını deyib:

“Keçən illə müqayisədə bu il daha az yerkökü əkmişik. Çox güman ki, gələn il də bu il əkdiyimizin yarısı qədər əkəcəyik. Ancaq vəziyyətin necə dəyişəcəyini bilmirik. Əgər belə davam edərsə, o zaman yerkökü becərilməsini dayandırmaqdan başqa yol qalmayacaq”.

Ə.İbrahimov yerkökünün builki qiymətlərinin xeyli aşağı düşdüyünü bildirib:

“Bu məhsuldan götürülən qazanc çəkilən əziyyətə dəymir, gəlir ildən-ilə azalır. Məsələn, keçən il məhsulun tam paketlənmiş halda bir kiloqramı təqribən 80 qəpik-1 manata idisə, bu il qiymət 55-60 qəpik aralığında dəyişir. Əlbəttə, bu qiymət fermerlərə sərf eləmir. Yaranmış bu vəziyyət nəticədə yerkökü sahələrinin sürətlə azalmasına səbəb olur. Əkin sahələri azaldıqca, istehsal da aşağı düşür. Müqayisə etsək, keçən il hər gün bazarlara 10-15 ton məhsul göndərirdik. Bu il isə o rəqəm 2-3 tondur”.

Fermer yerkökü becərilməsinin rentabelli olmamasının digər səbəbi kimi xarici bazarlara çıxışın məhdudluğunu göstərib:

“Əvvəllər becərilən məhsul yerli bazarlara çıxarılmaqla yanaşı, Rusiya və Gürcüstana da ixrac edilirdi. Bir neçə ildir ki, bu proses nəinki ləngiyib, əksinə, hətta xaricdən idxal olunan yerkökünün həcmi artıb. Bu isə daxili bazarda yerli məhsulun qiymətinə təsirsiz ötüşmür. Məhsuldarlıq kifayət qədər yüksəkdir, ancaq hazır məhsulu xarici ölkələr bir yana, heç ətraf rayonlara da çıxara bilmirik.

İdxal genişləndikcə, ölkə bazarlarına çıxarılan məhsul tələbatdan artıq olur. Ona görə də yerli fermerlər zərərə düşürlər. Nəticədə əkin sahələri və yerkökü istehsalı azalır”.

Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzində yerli fermerlərin rayonda yerkökü sahələrinin azalmasına dair iddialarını təsdiqləyiblər. Mərkəzdən bildirilib ki, Bərdə rayonunda ötən il 275, bu il isə 132 hektar yerkökü əkilib. Hazırda bir kisəsi 10, 15 və 20 kiloqram çəki ilə qablaşdırılan məhsullar yalnız Bərdə rayonundakı bazarlara, həmçinin “Meyvəli” topdan və pərakəndə satış bazar-bazasına göndərilir.

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 08 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri