Icma.az
close
up
RU
Xəstəxanalarda ilk: Sürətli laborator diaqnostikası

Xəstəxanalarda ilk: Sürətli laborator diaqnostikası

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edilir.

"Cebheinfo.az" xəbər verir ki,  bu məqsədlə Yeni Klinika və Respublika Pediatriya Mərkəzində bakteriyaların sürətli və yüksək dəqiqliklə identifikasiyasını təmin edən müasir “MALDI-TOF MS” (Matrix-Assisted Laser Desorption/Ionization Time-of-Flight Mass Spectrometry) texnologiyası istifadəyə verilib.

Klinik mikrobiologiya sahəsində son illərin ən mühüm texnoloji yeniliklərindən biri hesab olunan “MALDI-TOF MS” sistemi mikroorqanizmlərin zülal profilini analiz edərək onların növ tərkibini qısa müddətdə müəyyən etməyə imkan yaradır. MALDI-TOF MS texnologiyası əldə edilmiş mikroorqanizm koloniyalarının identifikasiyasını 1–3 dəqiqə ərzində həyata keçirməyə imkan verir.

Sürətli və dəqiq diaqnostika xüsusilə ağır və kritik vəziyyətdə olan xəstələrdə infeksiyanın törədicisinin vaxtında müəyyənləşdirilməsinə, həkimlərin daha düzgün və məqsədyönlü antibiotik seçimi etməsinə şərait yaradır. 

Eyni zamanda, yüksək həssaslıq və spesifiklik göstəriciləri laborator nəticələrin etibarlılığını artıraraq səhv ehtimalını minimuma endirir.“MALDI-TOF MS” texnologiyasının tətbiqi laboratoriyalarda iş proseslərinin optimallaşdırılmasına, iş yükünün azaldılmasına, xərclərin səmərəli idarə olunmasına və nəticələrin standartlaşdırılmasına da mühüm töhfə verir. 

Məhz bu üstünlüklərinə görə sözügedən texnologiya dünyanın aparıcı klinik laboratoriyalarında geniş tətbiq olunur və müasir mikrobioloji diaqnostikanın “qızıl” standartlarından biri hesab edilir.

Yeni Klinika və Respublika Pediatriya Mərkəzində “MALDI-TOF MS” texnologiyasının tətbiqi infeksion xəstəliklərin laborator diaqnostikasının sürətini və dəqiqliyini artırmaqla yanaşı, pasiyentlərə vaxtında və effektiv müalicənin göstərilməsinə, eləcə də səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 İyun 2026 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri