Icma.az
close
up
RU
Xəyal İbrahimov: İki erməni idmançı arasında birinci dayanmaq sözlə ifadəolunmaz hissdir

Xəyal İbrahimov: İki erməni idmançı arasında birinci dayanmaq sözlə ifadəolunmaz hissdir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yarışdan öncə də, sonra da, hər zaman olduğu kimi, ən böyük dəstəkçim ailəm oldu".

Bunu Oxu.Az-a müsahibəsində uşu döyüş növü üzrə Avropa çempionu, 16 yaşlı Xəyal İbrahimov deyib.

İdmançı may ayının əvvəlində Yunanıstanda keçirilmiş çempionatda erməni rəqibi ilə döyüşdəki həyəcanından, gələcəkdə etmək istədiklərindən, uğur qazanmaq üçün lazım olan keyfiyyətlərdən bəhs edib. Onunla müsahibəni təqdim edirik:

- Uşu ilə necə tanış oldunuz?

- Dostlarımın sayəsində. Onlar mənə bu idman növü ilə bağlı danışanda maraq yarandı, daha sonra isə özümü sınamaq qərarına gəldim.

- İdmançı kimi beynəlxalq səhnəyə çıxmaq nə qədər çətindir? İlk dəfə belə bir arenada döyüşəndə hansı hissləri keçirdiniz?

- İlk dəfə beynəlxalq yarışda iştirak edəcəyimi öyrəndiyim zaman çox həyəcanlanmışdım. Amma buna baxmayaraq, Azərbaycan bayrağını yüksəklərdə dalğalandırmaq üçün həyəcanıma qalib gəlməli olduğumu anladım. Məhz bundan sonra görüşlərdə qalib gələ bildim.

- Son qələbəni erməni idmançı üzərində qazandınız. Bu qarşılaşmaya necə hazırlaşırdınız?

- Bu elə bir qarşılaşma idi ki, həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalı idim. Bu mövzuda məşqçimizə təşəkkür edirəm. Həmin qarşılaşmaya çıxmadan öncə mənə ruh yüksəkliyi verdi və daha sonra qalib gəldim. Belə döyüşdə qələbə qazanmaq hər bir idmançı üçün çox vacibdir. Çünki ilk növbədə həyəcanına qalib gəlməlisən. Mən də bunu etdim və istəyimə çatdım.

- Döyüş zamanı ən çox hansı anlarda özünüzü güclü hiss etdiniz?

- Məşqçimin mənə kənardan verdiyi tapşırıqlar və mənə olan güvəni qalib gələcəyimə dair inam yaratdı. Məşqçimizin sayəsində düzgün taktikalarla qalib gəldim. Həmçinin gözlədiyimin əksinə olaraq, rəqibim zəif çıxış etdi.

- Qələbə qazandığınız an nə hiss etdiniz? İlk ağlınızdan keçən nə oldu?

- Öncə nə baş verdiyini anlamadım. Daha sonra fəxri kürsüyə qalxdığım zaman iki Ermənistan bayrağının arasında Azərbaycan bayrağını yüksəltdiyimi görəndə həyəcan və qürur hissləri yaşadım. Həmin anlar sözlə ifadə olunmayacaq qədər möhtəşəm idi.

- Qayıdaq döyüşə. Qalib idmançının reaksiyası necə olmalıdır?

- Rəqibin kimliyindən asılı olmayaraq, ona hörmətlə yanaşmalısan. Çünki idman və döyüş meydanı fərqlidir. Qalib gəldiyin zaman sevinmək təbii haldır, lakin rəqibinin qürurunu incitməməyi də düşünmək lazımdır.

- Yarışda sizə ən çox dəstək verən insanlar kimlər oldu?

- Yarışdan öncə də, sonra da, hər zaman olduğu kimi, ən böyük dəstəkçim ailəm oldu. Məşqçimiz və komanda yoldaşlarım da mənə dəstək olurdular. Ailə üzvləriniz, məşqçiniz və dostlarınızın sizə olan inamı qələbə üçün ən önəmli amildir.

- Hər yarış yeni bir dərs öyrədir. Budəfəki qazancınız nə oldu?

- Bəli, hər yarış, turnir mənə yeni dərslər öyrədir. Rəqiblərimə qarşı yeni taktikalardan istifadə etməyi və görüşlərdən öncə hərtərəfli - həm fiziki, həm psixoloji baxımdan hazır olmağı öyrəndim.

- Bu qələbəni kimə və ya nəyə həsr etmək istərdiniz?

- Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm. Biz onlara çox şey borcluyuq.

- Gənc idmançılara nə tövsiyə edərdiniz?

- Əgər bir xəyalınız varsa, daim onun arxasınca gedin. Çox çalışın və sizi yoldan döndərməyə çalışanlara qulaq asmayın.

- Gələcək planlarınız nədir? Özünüzü beş il sonra harada görürsünüz?

- Qarşıda çox uzun yolum var. Əsas hədəfim Azərbaycan Respublikasının bayrağını daha çox yarışda dalğalandırmaqdır. İdmançı karyeram başa çatdıqdan sonra isə məşqçi olmaq və biliyimi başqalarına ötürmək istəyərəm.

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see191

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see178

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see153

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see150

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see140

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see137

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see135

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see135

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see134

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see130

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see128

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see124

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see124

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see122

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see121

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see119

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri