Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Xəzər dənizi yoxa çıxır limanlar bağlana, suitilər məhv ola bilər

Xəzər dənizi yoxa çıxır limanlar bağlana, suitilər məhv ola bilər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin sürətlə enməsi limanların fəaliyyətini çətinləşdirir, neft daşımalarında azalmaya səbəb olur və dəniz faunasına ciddi zərbə vurur.

Azərbaycan rəsmiləri bildirirlər ki, proses davamlı şəkildə sürətlənir və həm iqtisadi, həm də ekoloji baxımdan təhlükəli nəticələr doğura bilər.

Modern.az-ın məlumatına görə, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Reuters-ə müsahibəsində deyib ki, son 30 ildə dənizin səviyyəsi 2,5 metr azalıb. Təkcə son 5 ildə suyun səviyyəsi 93 santimetr enib və hazırda illik azalmanın sürəti 20–30 santimetrə çatıb.

Onun sözlərinə görə, sahil xəttinin geri çəkilməsi təbii şəraiti dəyişir, liman fəaliyyətinə zərər vurur və sahilyanı ərazilərdə yaşayan insanların həyatına təsir edir.

Bakı Beynəlxalq Dəniz Limanının rəhbəri Eldar Salahov bildirib ki, dayazlaşma səbəbindən iri gəmilərin limana daxil olması çətinləşib, bu da yükdaşımada məhdudiyyətlər yaradır. 2025-ci ilin ilk yarısında Dübəndi neft terminalı vasitəsilə daşınan neft və neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb (təxminən 810 min ton). Limanın fəaliyyətini davam etdirmək üçün böyük həcmdə dərinləşdirmə işləri aparılır. 2024-cü ildə yalnız Dübəndidə 250 min kubmetr dəniz dibi təmizlənib.

Apreldə Bakı Gəmiqayırma Zavodunda yeni “Mühəndis Soltan Kazımov” adlı dərinləşdirici gəmi inşa edilib. Bu gəmi yaxın vaxtlarda istifadəyə veriləcək və limanın 18 metrədək dərinləşdirilməsinə imkan yaradacaq.

Nərəkimilər və Xəzər suitisi

Rauf Hacıyevin sözlərinə görə, dayazlaşma nəticəsində bataqlıqlar, lagunlar və qamışlıqlar məhv olur, bəzi canlı növlərinin həyatı ciddi təhlükə altındadır. Ən böyük zərbəni isə nərəkimilər alır, onlar yay və payız mövsümündə yaşayış areallarının 45%-ni itirirlər, çaylarda ənənəvi kürüləmə yerlərinə çıxışları bağlanır.

Xəzər suitiləri də məhv olma riski ilə üz-üzədir. Onların şimalda çoxalması üçün lazım olan buzlu ərazilər sürətlə yoxa çıxır. Hesablamalara görə, suyun səviyyəsi 5 metr endikdə suitilərin çoxalma yerlərinin 81%-i, 10 metr enmə baş verdikdə isə demək olar ki, bütün arealı yox olur.

Azərbaycan və Rusiya birgə tədbir görəcək

Apreldə Azərbaycan və Rusiya nümayəndələrinin iştirakı ilə birgə işçi qrupunun ilk görüşü keçirilib. Sentyabrda onlayn iclasda müşahidə və cavab tədbirlərinə dair birgə proqramın təsdiqi gözlənilir. Bakı problemi həm iqlim dəyişikliyi, həm də Rusiyanın Volqa çayı üzərində inşa etdiyi su anbarları ilə əlaqələndirir.

Hazırda Xəzər dənizinin sahilində yalnız Azərbaycanda 4 milyon, ümumilikdə isə 15 milyon insan yaşayır. Rəsmi şəxslər xəbərdarlıq edirlər ki, suyun azalması davam edərsə, həm region ölkələrinin iqtisadiyyatı, həm də dənizin bioloji müxtəlifliyi üçün geri dönüşü olmayan nəticələr baş verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:274
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri