Xəzər Qara dəniz nəqliyyat marşrutunun yaradılmasına dair saziş imzalanacaq
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Gələn ay Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında saziş imzalanması planlaşdırılır.
Bakıvaxtı.az-ın "Report"a istinadən məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Daşkənddə keçirilən Transxəzər nəqliyyat dəhlizinin investorları və nəqliyyat əlaqələrinin inkişafı forumunda bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs Xəzər regionu və Avropa İttifaqı arasında yeni multimodal nəqliyyat körpüsü olacaq, giriş marşrutlarını şaxələndirəcək və logistika zəncirlərinin dayanıqlığını gücləndirəcək.
Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işə salınması Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz və səmərəli əlaqəni təmin edəcək, həmçinin bütün marşrutun əməliyyat səmərəliliyini gücləndirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















