XİN rəhbəri: Türkiyədən Ermənistana uçuşların sayının artırılması yenilik olmadı, məlumatımız var idi
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Türkiyə Azərbaycan üçün qardaş dövlətdir, müttəfiq ölkələrik. Bu münasibətlərin bənzəri yoxdur”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, münasibətlərin əsasında tarixi bağlarla yanaşı iki ölkə lideri arasında səmimi münasibətlər dayanır: “Türkiyə Azərbaycan üçün həssas olan Ermənistanla münasibətlərdə hər zaman Azərbaycana dəstək olub. 44 günlük Vətən müharibəsindən sonra da Türkiyə-Ermənistan normallaşma prosesi koordinasiyalı fəaliyyətlə həyata keçirilib. Bu, müsbət nəticələr verməkdədir. Həmkarım Hakan Fidan da TBMM-də demişdi ki, Ermənistanla Türkiyə münasibətləri Azərbaycanın Ermənistanla münasibətlərinə bağlıdır. Əminəm ki, bundan sonra da bu fəaliyyət davam edəcək. Eyni zamanda, Türkiyədən Ermənistana uçuşların sayının artırılması yenilik olmadı, məlumatımız var idi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















