Icma.az
close
up
RU
Xırçıldayan xiyar turşusu RESEPTİ

Xırçıldayan xiyar turşusu RESEPTİ

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uşaqlıqdan yadda qalan o əsl, klassik fıçı turşusu xiyarlar qədər dadlı bir şey yoxdur – nənənin zirzəmidəki fıçını açanda yayılan ətri, xiyarların bərk toxuması və təbii turş dadı unudulmaz olur. Bütün bunlar düzgün fermentasiya sayəsində mümkün olur.

Lent.az bu resepti təqdim edir:

Əsas prinsip – təbii mayalanmadır

Ən vacib qayda: sirkə əlavə etməyin.

Turşu xiyarlar sirkə ilə deyil, laktik turşu bakteriyaları sayəsində turşuyur. Bu, onların həm təbii dadını, həm də həzm üçün faydalı xüsusiyyətlərini təmin edir.

Xırtıldayan toxumanın sirri – soyuq fermentasiyadır

Xiyarların bərk və xırçıldayan qalması üçün onları çox soyuq duzlu su ilə doldurmaq və sərin yerdə (ideal olaraq +15...+18 °C temperaturda) saxlamaq lazımdır.

Əlavə bir faydalı məsləhət 

Bankaya bir neçə xren (turp) yarpağı, palıd və ya albalı yarpağı əlavə edin. Bu yarpaqlarda olan taninlər xiyarların hüceyrə divarlarını gücləndirərək onların yumşalmasının qarşısını alır.

3 litrlik banka üçün klassik resept

1,5–2 kiloqram təzə, bərk xiyar

2–3 dəstə şüyüd çətiri (toxumlu)

4 diş sarımsaq

Bir neçə parça xren (turp) kökü

1 ədəd xren yarpağı

2–3 ədəd albalı və ya palıd yarpağı

1 litr suya 2 xörək qaşığı duz (yalnız yodsuz daş duzu istifadə edin)

Hazırlanması

Xiyarları və digər inqrediyentləri bankaya yerləşdirin. Üzərinə çox soyuq duzlu su əlavə edin. Bankanı tam bağlamadan, sadəcə üstünü örtün və 3–5 gün otaq temperaturunda saxlayın.

Fermentasiya prosesi başlayanda səthdə ağ köpük əmələ gələcək – bu, normaldır. Bundan sonra bankanı soyuducuya və ya zirzəmiyə qoyaraq saxlaya bilərsiniz.

Nəyə diqqət etməli

Kiçik ölçülü, bərk və zədəsiz xiyarlar seçin. İstifadə etdiyiniz yarpaq və tərəvəzləri sabunla yuyub mikrofloranı məhv etməyin. Yalnız iri kristallı, yodsuz daş duz istifadə edin – dəniz və ya yodlu duz uyğun deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri