Xırdalanda həkimlərin pulu və telefonunu oğurlayan şəxs HƏBS EDİLDİ
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Xırdalanda 55 yaşlı kişi həkimlərə qənim kəsilib. O, bir neçə gün ərzində üç fərqli xəstəxanada həkimlərin pulunu və telefonunu oğurlayıb.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, daha əvvəl də oğurluğa görə məhkumluq həyatı yaşamış Sədrəddin Əliyev (ad şərtidir) müayinə üçün Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron Rayon Mərkəzi Xəstəxanasına gedib. Xəstəxanada bir az gəzdikdən sonra ilk fürsətdə həkim-kardioloqun otağından ona məxsus çantanı oğurlayıb. Çantada nağd pul və kartlar olub. S.Əliyev 450 manat nağd pulunu götürərək kartları zibil qutusuna atıb.
S.Əliyev daha sonra yenidən Abşeron Rayon Mərkəzi xəstəxanasına gedib. Orada qeydiyyat şöbəsində çalışan xanımın mobil telefonunu oğurlayaraq 50 manata satıb.
Bir neçə gün sonra isə Xırdalanda yerləşən klinikalardan birində işləyən mədə-bağırsaq həkiminin otağından ona məxsus pul kisəsini oğurlayıb. Həkimin 650 manat nağd pulunu ələ keçirib. S.Əliyev klinikanın qarşısında dayanan zaman bir xanıma uşaq arabasını aparmaq üçün kömək edib. Klinikaya daxil olan S.Əliyev bir az orada gəzdikdən sonra qapısı açıq olan otağa daxil olaraq həkimin pul kisəsini götürüb.
Əməllərini etiraf edən S.Əliyev xəstə olduğu üçün bu yola əl atdığını deyib. O, bağışlanmasını istəyib. S.Əliyev törətdiyi əməllərə görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:87
Baxış sayı:87 Bu xəbər 16 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 16 Sentyabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















