Icma.az
close
up
RU
Xırdalanda yol problemi: Sakinlər beziblər

Xırdalanda yol problemi: Sakinlər beziblər

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yol örtüyünün bərbad vəziyyətdə olması sürücülərə çətin anlar yaşadır.

Belə ki, yağışlı havalarda vəziyyət daha da pisləşir. Havaların normal keçməsinə baxmayaraq, yol daim suyun içindədir. Sürücülər isə yoldan keçməkdə böyük çətinliklə üzləşirlər.

"Qoxudan ərazidə dayanmaq mümkün deyil. Yolların bu vəziyyətdə olması hər dəfə avtomobillərimizə ciddi ziyan vurur. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Yağış yağsa da, yağmasa da, yol hər zaman belədir", - deyə sakinlərdən biri narazılığını Baku TV-yə ifadə edib.

Digər bir vətəndaş isə qeyd edib: "Vəziyyət çox bərbaddır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Tıxacın sonu görünmür, hər kəs dayanıb gözləyir, amma problemlə maraqlanan, yolu düzəldən yoxdur. Biz nə vaxta qədər belə yaşamalıyıq?! Artıq bu vəziyyətdən bezmişik".

Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən küçədə bu ilin əvvəlində cari təmir işləri həyata keçirilib: "Lakin yağan sonuncu intensiv yağışlardan sonra həmin küçənin bir neçə yerindən qrunt sularının aktiv şəkildə fəallaşması müşahidə olunub. Bu səbəbdən də küçənin müəyyən hissələrində yol qatının yuyulması baş vermiş, ərazidə müxtəlifölçülü kiçik çalalar əmələ gəlmişdi. Bu barədə aidiyyəti quruma məlumat verilib və yaxın günlərdə işlər başlayacaq".

Nümayəndəlikdən o da qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh- Novxanı-Sumqayıt yolu istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi də davam edir: "Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Ona görə sözügedən küçənin əsaslı təmiri məqsədəuyğun hesab olunmur. Belə ki, 2026-2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna baxmayaraq, yaxın günlərdə Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://baku.ws
archiveBu xəbər 15 May 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri