Icma.az
close
up
RU
Xirosimanın bombardmasından sonra yerdə unikal metal tapılıb

Xirosimanın bombardmasından sonra yerdə unikal metal tapılıb

Icma.az, Lent az saytına istinadən bildirir.

1945-ci ildə Xirosimanın atom bombardmanından sonra Yer kürəsində əvvəllər məlum olmayan bir material əmələ gəlib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, nüvə partlayışının ekstremal şəraitində əmələ gələn radioaktiv çöküntülərdə unikal metal ərintisini kəşf edən alimlərin gəldiyi nəticədir.

Tədqiqatçılar qeyri-adi kəşfi Xirosima körfəzi çimərliklərindən toplanan "xiroşimitlər" kimi tanınan mikroskopik şüşə hissəcikləri araşdırarkən ediblər.
Elektron mikroskopiyası, kimyəvi analiz və rentgen difraksiyasından istifadə edərək, onlar strukturu məlum olan heç bir ərintiyə uyğun olmayan kiçik bir metal dənəciyi kəşf ediblər.

Yeni material dəmir, xrom, nikel, manqan, molibden, silisium və alüminiumdan ibarətdir. Tərkibi paslanmayan polada bənzəyir, lakin atomları əvvəllər heç vaxt müşahidə olunmayan unikal kristal quruluşda düzülüb.

Alimlər ərintilərin temperaturun 7000 dərəcə Selsidən çox olduğu atom partlayışının alov topunda əmələ gəldiyini düşünürlər. Bu şəraitdə metal, beton, şüşə, torpaq və digər materiallar buxarlanır və sonra isti bulud sürətlə soyuyur. Ultra sürətli soyutma, sözün əsl mənasında, atomları təbii olaraq əmələ gələ bilməyən qeyri-adi bir konfiqurasiyada "dondurur".

Tədqiqatçılar kəşf edilmiş ərintilərin tamamilə yeni bir material sinfini təmsil edə biləcəyinə inanırlar. Onun öyrənilməsi həddindən artıq temperaturda baş verən prosesləri daha yaxşı başa düşməyə kömək edəcək və gələcəkdə daha güclü, daha yüngül və daha istiliyədavamlı ərintilərin yaradılmasına gətirib çıxara bilər.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, bu kəşf insan tərəfindən yaradılan ekstremal şəraitin əvvəllər təbiətdə görünməmiş materiallar yarada biləcəyini təsdiqləyir.

Onlar həmçinin Xirosima radioaktiv sızmasında elmə məlum olmayan digər maddələrin gizlənə biləcəyi ehtimalını da istisna etmirlər.

"Malış" atom bombası 1945-ci il avqustun 6-da Xirosima şəhərinə atılıb. Partlayış təxminən 580 metr yüksəklikdə baş verib və gücünə görə təxminən 15.000 ton TNT-yə bərabər olub.

Partlayışdan dərhal sonra 60.000 ilə 80.000 arasında insan ölüb və ilin sonuna qədər yanıqlar və şüa xəstəliyindən ölənlər də daxil olmaqla ölənlərin sayı təxminən 140.000-ə çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Avqust 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri