Icma.az
close
up
RU
Xocalı abidəsi hamının başa düşəcək dildə olmalıdır heykəltəraş

Xocalı abidəsi hamının başa düşəcək dildə olmalıdır heykəltəraş

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalqına qarşı törədilən soyqırımın beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının xatirəsi əbədiləşdiriləcək. Kompleksdə abidənin olması da gözləniləndir. 

Bəs bu abidə necə olmalıdır ki, baxanda hər kəs onda Xocalı soyqırımının ağırlığını görsün, gələcək nəsillər üçün unudulmaz bir miras olsun?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Naxçıvan Dövlət Universitetinin fakültəsinin müəllimi, heykəltəraş Elxan Zeynalov bildirdi ki, Xocalı abidəsi faciənin ağırlığını ifadə etməli, lakin bunu sadə və güclü vizual dillə çatdırmalıdır.

"Azərbaycan xalqının, mədəniyyətinin, tarixinin təbliğatı çox vacibdir. Abidədə Xocalıda yaşanan o böyük soyqırım əks etdirilməlidir. Yəni orada hər şeyi diktə etməyə ehtiyac yoxdur. Amma sadə yanaşmalarla böyük mənaları ifadə etmək olar. Məsələn, sovet vaxtı heykəltaraş Nikolay Tomski düz müstəvi üzərində bir dənə sovet bayrağını heykəl formasında düzəltmişdi. O bayrağın da önündə iki dənə əsgər çəkmələri qoyulmuşdu və bu abidə nəyi göstərirdi? Həmin abidə müharibədə itkin düşən bütün əsgərləri təmsil edirdi. Yəni bu cür xırda bir yanaşmayla görün nə dərəcədə böyük necə fikir izah eləmək olar. Bir əsərdə hissiyyat istedadı çox böyük bir rol oynayır. Ona görə ki, o, Xocalı hadisəsindən təsirlənsin, həqiqətən də Xocalı hadisələri onun ürəyində dərin olsun. Hadisə barədə məlumatın olmalıdır ki, yanaşmanı göstərə bilsin", - deyə heykəltəraş qeyd etdi.

E.Zeynalov əlavə etdi ki, Xocalı faciəsini anlamaq və ifadə etmək üçün sənətçi bu hadisədən dərin təsirlənməli, tarixi dərindən bilməlidir:

"Burada avanqardizm, abstraksionizmdən uzaq olunmalıdır. Burada bir az məsələyə realistik yanaşılmalı, bir az orada kompozisiya olmalıdır. "Nəsimi" kinosunda bir səhnə var. Orada Teymur obrazı tarixi yazdıranda deyir ki, "necə deyirəmsə, o cür yaz, xalq dilində, hamı başa düşəcək dildə". Xocalı abidəsi də hamının başa düşəcək dildə olmalıdır. Xocalı abidəsinə baxanda heç bir yazılı izaha baxmadan oradakı ağırlığı, fraksionu, dramı görməlidir. Müəllif onun haqqında məlumat verirsə, bu artıq abidə sayılmır. Heykəltəraş yazıçı deyil".

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Fevral 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri