Icma.az
close
up
RU
Xocalı qatillərinin rüsvayçı aqibəti

Xocalı qatillərinin rüsvayçı aqibəti

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Artıq Xocalı faciəsindən 34 il ötür. 1992-ci ilin fevral ayının 25-dən 26-na Ermənistan Ordusu və Qarabağ separatçılarının silahlı birləşmələri dünyanın gözü qarşısında əliyalın, günahsız insanları qətlə yetirdilər. Qadın, uşaq, qoca demədən xüsusi qəddarlıq və amansızlıqla törədilən hadisə XX əsrin ən dəhşətli faciələrindən biri sayılır.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən bəzilərinin taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımını törədənlər nəinki peşman oldular, əksinə qürurlandılar, sevindilər. Bu isə onların cılızlığını göstərirdi. Çünki onlar cavab verə biləcək, müqavimət göstərə biləcək insanları deyil, əliyalın qoca, qadın və uşaqları hədəfə almışdılar.

Lakin belə bir deyim var: İlahi ədalət gecikər, amma heç vaxt yanılmaz. Belə də oldu. 2020-ci ildə şanlı Azərbaycan Ordusu öz qisasını aldı. Torpaqları işğaldan azad edən Azərbaycan oğulları göstərdi ki, ermənilərin gücü ancaq uşaq və qadına yetir, onlarla isə mübarizə apara bilməzlər. 2023-cü ildə isə Xocalıda bir nəfər də olsun separatçı qalmadı. Azərbaycan Ordusu onları məhv etdi.

Turkustan.az modern.az-a istinadlaXocalı faciəsində vəhşiliklər törətmiş və artıq ölmüş müharibə cinayətkarlarını təqdim edir.

Monte "Avo" Melkonyan

1990-cı ildə Melkonyan Ermənistana gəlib və Qarabağa işğal məqsədilə yollanıb. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrindən birinin komandiri olan Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində fəal iştirak edib. O 1993-cü il iyunun 12-də Ağdamın Mərzili kəndində Ordumuz tərəfindən məhv edilib.

Arkadi Ter-Tadevosyan

“Meşə tülküsü” adını almış bu terrorçu 1988-ci ildən Qarabağda separatizmə qoşulub və könüllülərin hərbi təlimində fəal iştirak edib. 1990-cı ildə “Sasunlu Davit” terrorçu dəstəsinin üzvü olan Ter-Tadevosyan 1991-ci ildə Ermənistan Müdafiə Komitəsinin şöbə rəisi təyin edilib.

1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalıya hücumunu “Meşə tülküsü” ləqəbli general Arkadi Ter-Tadevosyan planlaşdırıb. O, bu əməliyyatı 3 həftə ərzində hazırlamışdı. Tadevosyan 2021-ci il martın 31-də Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinə şahidlik etdikdən bir müddət sonra İrəvanda ölüb.

Manvel Qriqoryan

Manvel Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-nin Armavir vilayətində yerləşən Körpəli kəndində anadan olub. Qriqoryan Xocalı soyqırımında iştirak edənlərdən biridir. 1993-cü ildə o, Ermənistan Respublikası Silahlı Qüvvələrinin 83-cü briqadasının komandiri təyin edilib. Komandirlik dövründə Cəbrayılın və Füzulinin işğalı zamanı azərbaycanlı vətəndaşların mülklərini yağmalayıb, dinc sakinlərə işgəncə verib.

2014-cü ilin noyabrında Azadlıq Radiosunun ermənidilli bürosuna verdiyi müsahibəsində Qriqoryan Birinci Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə bəyan edib.

Qriqoryan 16 iyun 2018-ci ildə Üçkilsədəki evində Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. O, qeyri-qanuni silah-sursata sahib olmaq və korrupsiya iddiaları ilə ittiham olunub. 18 iyun 2018-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Manvel Qriqoryanın Birinci Qarabağ müharibəsində törətdiyi cinayətləri ictimaiyyətə açıqlayıb. O, 2020-ci ilin oktyabrında yenidən Qarabağa gəlib. Daha sonra Ordumuzun uğurları fonunda qaçaraq İrəvana qayıdıb. Burada halı pisləşib və noyabrın 19-da ölüb.

Astvatsatur Petrosyan

1953-cü ildə anadan olan Astvatsatur Petrosyan 1992–2000-ci illərdə Ermənistanın müdafiə nazirinin müavini olub. 1992-ci ildə Xocalı şəhərinin işğal olunmasına rəhbərlik edənlərdən biri olub. Xocalı qətliamının əsas iştirakçısı hesab olunur. O 2020-ci il noyabrın 24-də ölüb. Yerli media onun 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinə dözə bilməyərək öldüyünü bildirib.

Rüstəm Qasparyan

Ermənistan ordusunun “Qara Qaplan” könüllü dəstəsinin komandiri kimi tanınan Rüstəm Qasparyan Birinci Qarabağ müharibəsi zamanı Xocalıda törədilən qətliamın iştirakçılarından biri olub.

O 2020-ci ildə 44 günlük müharibə zamanı ağır qəlpə yarası alıb. Xankəndidən İrəvana aparılan Qasparyan bir gün sonra ölüb. Həmçinin, Qasparyanın 29 yaşlı oğlu da onunla birlikdə məhv edilib.

1991-1995-ci illərdə qondarma “DQR”in daxili işlər idarəsinin rəisi Armen İsaqulov da Xocalı faciəsinin iştirakçılarından biri sayılır. O 2021-ci ildə Moskvada ölüb.

Bundan başqa, Xocalı soyqırımında iştirak edən bəzi hərbi cinayətkarlar bu gün ədalət məhkəməsinin qarşısında cavab verir. Qondarma respublikanın keçmiş rəhbərləri, 1992-ci ildə Xocalıya hücum əməliyyatına rəhbərlik edən Bako Saakyan və Arkadi Qukasyan 2023-cü ilin sentyabrında antiterror əməliyyatı zamanı ələ keçirildi. Onlar 2026-cı il fevralın 5-də Bakı Hərbi Məhkəməsi tərəfindən hər biri 20 il müddətinə azadlıqdan məhrum edilib.

Amma bu gün Xocalı soyqırımında yaxından iştirak edən və hələ də azadlıqda qalan şəxslər var. Bu siyahıda Serj Sarkisyan, Robert Köçəryan, Seyran Ohanyan, Samvel Babayan, Vitali Balasanyan və başqalarıdır. Onları isə sakit ölüm yox, Azərbaycan məhkəməsi qarşısında ədalətli mühakimə və cəza gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri