Icma.az
close
up
RU
Xocalı soyqırımı Holokost soyqırımı kimi qanlı faciə ilə müqayisə oluna bilər

Xocalı soyqırımı Holokost soyqırımı kimi qanlı faciə ilə müqayisə oluna bilər

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Otuz üç il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş verdi. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Bu soyqırım nəticəsində, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 487 insan şikəst olub. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Bu, həqiqətən insanlıq əleyhinə cinayətdir.

Ulu Öndər Heydər Əliyev bu hadisəni “bütün bəşəriyyətə qarşı tarixi bir cinayət”, cənab Prezident ​İlham Əliyev isə “iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsi” adlandırıb.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Xocalı soyqırımı Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna  bilər. Beynəlxalq hüquqa görə hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə edilən hərəkətlər soyqırım hesab olunur. Burada söhbət belə bir qrupun üzvlərinin qətlə yetirilməsi, ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi,qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılmasından gedir. Bu mənada Xocalıda baş verən faciənin soyqırım olmasına şübhə yoxdur. Burada mülki əhaliyə qarşı vəhşicəsinə xüsusi qəddarlıq, cinayətlər törədilib.

Bu illər ərzində Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində intensiv işlər aparlıb. Bu prosesdə “Xocalıya Ədalət” kampaniyasını xüsusi qeyd etməliyik. Məlumdur ki, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verildi. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.

Bu vaxta qədər 20-yə yaxın ölkənin parlamenti, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən Xocalı soyqırımı ilə bağlı müvafiq parlament qətnamələri qəbul edilib.

Sevindirici haldır ki, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisası alındı. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Cənab Prezident 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xocalıda həm zəfərin, həm də soyqırımın izləri heç vaxt silinməyəcək.
Təsadüfi deyil ki, 2024-cü il fevralın 26-da ölkə başçısı Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Eyni zamanda cənab Prezident Xocalıda Ballıca kəndində sakinlərlə görüşdü və bir daha bəyan etdi ki, “Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur.”

Biz bu səfər zamanı Xocalının yeni, inkişaf edən, dirçələn simasını gördük. Xocalıda artıq yeni inkişaf mərhələsi başlayıb. Xocalı sakinləri öz doğma yurdlarına qayıdır. Bununla belə Azərbaycan xalqı heç zaman erməni vəhşiliyini, erməni faşizmini unutmayacaq. Xocalı cəlladları isə mütləq ədalət mühakiməsi qarşısında cavab verəcək.

Nigar Məmmədova
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri