Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

İran rejimi legitimliyini itirir ŞƏRH

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Xocalı soyqırımı şahidləri danışır: Ermənilər qarşılarına çıxan hər kəsə atəş açırdılar

Xocalı soyqırımı şahidləri danışır: Ermənilər qarşılarına çıxan hər kəsə atəş açırdılar

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız, o cümlədən Xocalı rayonu işğaldan azad olunsa da, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımıza qarşı törədilən soyqırımının ağrı-acısını unutmaq mümkün deyil. Faciənin mahiyyətini, həmvətənlərimizin başına gətirilən müsibətlərlə bağlı məluamatları gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur.

Bu sözləri AZƏRTAC-a açıqlamalarında Xocalıda ermənilər tərəfindən törədilən insanlığa sığmayan hadisələrə şahidlik etmiş Pərvanə Məmmədova və Mürvət Məmmədov deyiblər.

Xocalı soyqırımının təsirlərini bu gün də mənəvi olaraq hiss etdiyini deyən P.Məmmədova faciəni ürək ağrısı ilə xatırlayıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecəni heç vaxt unutmaq olmaz. Həmin gecə beynimizə ömürlük həkk edilib. Silahlı erməni quldurları şəhəri blokadaya almışdılar. Onlar gecə ağır hərbi texnikalarla Xocalı şəhərini yerlə-yeksan etdilər. Bu zaman insanlar xilas olmaq ümidi ilə qışın sərt şaxtasında meşələrə, dağlara üz tutdular. Təəssüf ki, ermənilər tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törədildi, insanlara amansız işgəncələr verildi. Həmin gecə itkin düşənlərdən bəzilərinin taleyi hələ də məlum deyil”.

P.Məmmədova bildirib ki, faciə bir çox xocalılı kimi, onun ailəsindən də yan keçməyib. Mənfur düşmənin hücumu zamanı itkin düşən həyat yoldaşı Oqtay Məmmədovdan indiyədək xəbər yoxdur. Onun adı itkin düşənlərin siyahısındadır. O, hələ də axtarılır. Soyqırımı zamanı məhv edilən 8 ailədən biri isə P.Məmmədovanın qaynı Vaqif Məmmədovun ailəsidir. V.Məmmədovun həyat yoldaşı Afilə və üç oğlu - Azər, Ceyhun və Niyaməddindən bu günədək heç bir xəbər yoxdur. “Ermənilər bizə zülm ediblər. Hər qapı döyüləndə elə bilirəm ki, yoldaşım gəlir. Gözümüz hər zaman onun yolunu gözləyir. Üç övladım və nəvələrim olsa da, yoldaşımın yanımızda olmaması bizi çox sarsıdır. Onun yoxluğu bizdə dərin izlər buraxıb. Xocalıda öldürülən insanlardan bəzilərinin qəbrinin olmaması dəhşətdir”.

P.Məmmədova, eyni zamanda, deyib ki, Xocalı soyqırımı yaddaşlarda dərin faciəvi izlər buraxsa da, torpaqlarımızın işğaldan azad edilməsi onları yenidən həyata qaytarıb, ruh yüksəkliyi yaradıb. “Bizim Xocalıdakı evimizdə təmir-tikinti işləri aparılır. İşlər yekunlaşdıqdan sonra Xocalıya qayıtmaq istəyirik. Səbirsizliklə həmin günü gözləyirik. Düşünürəm ki, oraya qayıtsaq, yoldaşımın ruhu da şad olar”,- deyə o qeyd edib.

Xocalıda ailəsi ilə birlikdə ermənilər tərəfindən girov götürülərək 6 gün işgəncələrə məruz qalan Mürvət Məmmədov isə bildirib ki, soyqırımı gecəsi atasını və iki qardaşını itirib. “Atam Məmməd, qardaşlarım Söhbət və Möhlət erməni təcavüzündən müdafiə üçün könüllü batalyonlara qoşularaq postlarda keşik çəkirdilər. Xocalıya gələn sonuncu helikopter vurulandan sonra hər yerlə əlaqəmiz kəsilmişdi. Zəruri ərzaq məhsulları olmadan düşmənin atəşi altında çox çətinliklə yaşayırdıq. Bütün bunlara baxmayaraq, xocalıllıar şəhəri qorumaqda qərarlı idilər. Heç kim Xocalını tərk etmək istəmirdi. Fevralın 25-dən 26-na keçən isə ermənilərin hücumları genişləndi və şəhər ağır artilleriya vasitələrindən atəşə tutuldu. Ermənilər uşaq, qoca, xəstə, qadın demədən, qarşılarına çıxan hər kəsə atəş açırdılar. Ələ keçənləri ya işgəncə ilə öldürür, ya da onlara dözülməz zülmlər verirdilər. Biz əsirlikdə olarkən Əsgəran Polis Şöbəsində ermənilər tərəfindən insanlığa sığmayan işgəncələrə məruz qaldıq. Sonra gəlib bizi təpikləyərək qaldığımız yerdən çıxarıb sıraya düzdülər. Əsgəran rayonunda yaşayan ermənilər də orada idilər. Onlar əllərinə yaba, bel, lom, daş və s. alaraq bizi təhqir edə-edə vururdular. Ermənilər sonra bizi avtobusa mindirərək Ağdamla Əsgəran arasındakı sərhədə gətirdilər. Həmin vaxt ermənilər tərəfindən döyüşüb ölmüş 1 nəfər qaradərili ilə 80 azərbaycanlı dəyişdirildi. Azad edilən 80 nəfərin 5-i mənim ailə üzvüm idi. Biz müalicə üçün Ağdam Rayon Xəstəxanasına aparıldıqdan sonra ermənilər oraya da raket atmışdılar. O vaxt atamı və iki qardaşımı bizdən ayırmışdılar. Onların taleyi indiyədək naməlumdur. Biz hələ də onları axtarırıq. Bütün aidiyyəti qurumlara, o cümlədən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərinə müraciət etmişik. Amma onları tapa bilmirik”, - deyə müsahibimiz əlavə edib.

M.Məmmədov deyib ki, işgəncələrə baxmayaraq, Xocalı sakinləri ermənilərə boyun əyməyiblər. Onlar düşmənə boyun əyməkdənsə, ölümü üstün tutublar.

O, torpaqlarımızın, o cümlədən Xocalının işğaldan azad olunması ilə ədalətin bərpa edildiyini vurğulayaraq deyib: “Ötən il anamla Xocalıya getdik. Vaxtilə işgəncə gördüyümüz, həmvətənlərimizin qanı axıdılmış torpaqlara yenidən ayaq basdıq. Xocalının dağlarına, düzlərinə, meşələrinə baxdıq. Biz heç zaman ümidimizi itirməmişdik. Bilirdik ki, torpaqlarımız azad olunacaq, şəhidlərimizin qisası alınacaq. Artıq bu reallaşıb. Biz əbədi olaraq Xocalıya dönmüşük. Şəhidlərimizin qanı yerdə qalmadı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see315

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see194

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see192

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see179

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see168

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see155

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri