Icma.az
close
up
RU
Xocalı soyqırımı təkcə insan qırğını ilə məhdudlaşmayıb RƏY

Xocalı soyqırımı təkcə insan qırğını ilə məhdudlaşmayıb RƏY

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şəhər tamamilə dağıdılıb, sosial və mədəni obyektlər, eləcə də 3200 fərdi yaşayış evi yerlə yeksan edilib

1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində gərginlik getdikcə artmağa başladı. O dövrdə regionun yeganə hava limanı strateji əhəmiyyətə malik Xocalı şəhərində yerləşir və bölgənin əsas nəqliyyat yollarının qovşağı idi. Bu səbəbdən Xocalının ələ keçirilməsi Ermənistan silahlı birləşmələrinin hərbi məqsədləri üçün böyük əhəmiyyət kəsb edirdi. 

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının zirehli texnikası və canlı qüvvəsinin dəstəyi ilə Xocalıya hücum edib. Hücum zamanı ağır silahlardan istifadə olunub, şəhər hər tərəfdən mühasirəyə alınıb. Xilas ümidi ilə şəhəri tərk edən sakinlər pusquya salınıb, amansızcasına qətlə yetirilib. Xocalı şəhərində baş vermiş soyqırımı müharibə cinayətləri tarixində ən dəhşətli faciələrdən biridir. Ermənilərin dinc əhaliyə qarşı törətdiyi bu amansız qətliam yalnız bir millətə qarşı deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş cinayət idi. Bu soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 487 nəfər ağır yaralanıb, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb, onlardan 150-nin taleyi naməlum qalıb. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib.


Millət vəkili Mahir Süleymanlı "Sherg.az"a deyib ki, faciənin daha bir dəhşətli tərəfi odur ki, dinc əhali, xüsusilə qadınlar və uşaqlar işgəncələrə məruz qalıb, sağ ələ keçənlər isə əsir götürülərək insanlığa yaraşmayan davranışlarla üzləşiblər. Deputat qeyd edib ki, hücum təkcə insan qırğını ilə məhdudlaşmayıb, Xocalı şəhəri tamamilə dağıdılıb, sosial və mədəni obyektlər, eləcə də 3200 fərdi yaşayış evi yerlə yeksan edilib: 

"Tarixi abidələr, türbələr və qəbiristanlıqlar qəsdən məhv edilib. Bu dağıntılar yalnız maddi deyil, həm də mənəvi irsin silinməsi cəhdi kimi dəyərləndirilir. Xocalı türbələri və qədim qəbiristanlıqların vandallar tərəfindən dağıdılması beynəlxalq hüququn qoruduğu mədəni irsə qarşı cinayətdir.

Soyqırımı anlayışı BMT-nin 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyasında öz əksini tapıb. Bu sənəddə milli, etnik, irqi və dini qrupların məhv edilməsi məqsədilə həyata keçirilən əməllər soyqırımı kimi qiymətləndirilir. Məhz Xocalıda baş verən hadisələr bu tələblərin hamısını özündə birləşdirir. Hücum planlı şəkildə həyata keçirilib, məqsəd şəhəri və onun sakinlərini məhv etmək olub. Xocalı soyqırımı bir çox dövlətlərin parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Bu günə qədər Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan ölkələr arasında Bosniya və Herseqovina, Kolumbiya, Meksika, Pakistan, Peru və daha bir çox dövlətlər var. ABŞ-nin 20-dən çox ştatı, o cümlədən Texas, Nyu-Cersi, Massaçusets Xocalı faciəsini rəsmi olaraq tanıyıb. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına start verilib. Bu kampaniyanın əsas məqsədi Xocalı faciəsi haqqında beynəlxalq ictimaiyyətdə məlumatlılığın artırılması, soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsi, beynəlxalq təşkilatlarda hüquqi tanınmanın təmin edilməsi, həmçinin Xocalı qurbanlarının xatirəsinin yaşadılmasıdır. Kampaniya çərçivəsində dünyanın müxtəlif şəhərlərində yürüşlər, sərgilər və konfranslar təşkil olunur. Bir çox beynəlxalq media qurumları faciə haqqında məlumatlar yayımlayır". 


Parlament üzvü vurğulayıb ki, 2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində regionda yeni reallıqlar yaranıb:

 "Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edib. 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində şəhər separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı tərəfindən Xocalıda Azərbaycan Bayrağının ucaldılması Xocalı qurbanlarının ruhuna ehtiramın bariz nümunəsi olmaqla, eyni zamanda, ədalətin bərpa edilməsi və azadlıq mübarizəsinin uğurlu nəticəsidir. Xocalı faciəsinin ildönümlərində minlərlə insan “Ana harayı” abidəsini ziyarət edərək şəhidlərin xatirəsini anır. Bu anım mərasimləri təkcə faciənin xatırlanması deyil, həm də sülhə, ədalətə çağırışdır. Xocalı soyqırımının 30-cu ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən ümumxalq yürüşü faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün atılmış mühüm addımlardan biri oldu. Yürüşdə dövlət rəsmiləri və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, müxtəlif siyasi partiyaların nümayəndələri, həmçinin vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edərək birliyin, həmrəyliyin nümunəsini nümayiş etdirdilər. Belə faciələr bir daha göstərir ki, müharibələrdə ən çox zərər çəkən dinc əhali olur. Buna görə də ədalət uğrunda mübarizə davamlı olaraq aparılmalı, belə hadisələr heç vaxt unudulmamalıdır. Beynəlxalq ictimaiyyət bu cinayətə hüquqi və siyasi qiymət verməli, gələcəkdə bənzər hadisələrin baş verməməsi üçün birgə səylər göstərməlidir. Biz Xocalı soyqırımını dərin hüznlə xatırlayır, qurbanların ruhuna ehtiram göstərir və gələcək nəsillərə belə faciələrin təkrarlanmaması üçün sülh və ədalət çağırışını çatdırırıq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Fevral 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri