Icma.az
close
up
RU
Xoruldama nə ilə təhlükəlidir?

Xoruldama nə ilə təhlükəlidir?

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Statistikaya görə, yuxu zamanı yatanların 45 faizi xoruldayır. Müşahidələr həmin prosesin kişilər arasında daha çox yayıldığını göstərir.

Xoruldamanın səbəbi, onun nədən qaynaqlandığı barədə Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Xoruldama yuxu əsnasında hava axını boğazdan sərbəst keçə bilmədikdə yaranır və yuxuda tənəffüs dayanması xəstəliyinin əlaməti sayılır. Ağız və burun boşluğundakı hava yolunda daralma nəticəsində qəribə səslər çıxır. Xoruldama burun tutulmasıyla müşahidə olunan müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində əmələ gələ bilər. Dar, uzun və ya çox ətli damağı olanlar hər zaman xoruldayır. Boğaz divarlarının darlığı, şişkinliyi, axıntılı olması, xüsusilə də bəlğəmlə tutulması zamanı da xoruldama baş verir.

Boğazın badamcıq və onun arxasındakı boğaz divarlarının arası bəzən çox dar olur. Damaq badamcıqlarında yüngül iltihab zamanı şişkinlik olur və onun qarşısını almaq üçün qarqara etmək lazımdır. Dil qüsurları, çənə darlığı və sinir sisteminin çatışmazlığı da xoruldamaya səbəb olur”.

Xoruldamağın bir çox tipinin müalicə edilən olduğunu bildirən həkim-terapevt deyib: “Xorultu çox zaman artıq çəkisi olanlarda müşahidə edildiyi üçün ilk növbədə çəkini azaltmaq, normal nəfəs almaq üçün idmanla məşğul olmaq lazımdır. Yuxu və sakitləşdirici dərmanlar yatmazdan əvvəl qəbul edilməlidir. Yatmazdan 4 saat əvvəl spirtli içki, 3 saat əvvəl isə ağır yeməklər yeyilməməlidir. Həddindən artıq yorğunluq da xoruldamaya səbəb olur.

Xoruldamağın müvəqqəti olaraq qarşısını almaq üçün böyrü üstə uzanmaq məsləhət görülür. Yatağın baş hissəsinin 10 santimetr yuxarı olması da xoruldamanı azaldır. Bunların heç biri təsir göstərmədikdə mütləq həkimə müraciət etmək lazımdır. Lor həkimlərin rəyinə əsasən, xoruldama bəzən cərrahi müdaxilələr, bəzən digər xəstəliklər fonunda əmələ gəldiyinə görə həmin xəstəlikləri müalicə etdirmək lazım gəlir, çünki o bir sıra xəstəliklərin əlaməti kimi meydana çıxır. Uşaqlardakı xoruldama əsasən badamcıq və boğaz əti əlaməti ola bilər. Xoruldamalar hava yolundakı daralmalarla əlaqədardır. Əgər daralma çox ciddidirsə, hava yolu tamamilə bağlana bilər, yaxud yuxuda tənəffüsün dayanması ilə nəticələnər.

Hava yolu daralması müxtəlif səbəblərdən baş verir. Çəki artımı bütün toxumalarda yağ yığılmasına səbəb olur. Buraya ağız və boğazdakı toxumalar da daxildir. Həmin proses polisomnoqrafiya cihazı vasitəsilə müayinə edilir. Nəfəs borusu və ətrafdakı yumşaq toxumalarda daralma olarkən xoruldama yaranması qaçılmazdır. Spirtli içkilərdən istifadə edilməsi də xoruldamaya səbəb olur. Gecə spirtli içki içdikdə boğaz arxasındakı yumşaq toxumalarda boşalma yaranır və xorultunun daha da güclənməsinə aparıb çıxarır. Xoruldama qocalıqla əlaqədar olaraq da yarana bilər. Yaşlı kişilərdə boğaz toxumasının yumşalması xoruldamaya səbəb olur. Xoruldama şiddətli angina, dil böyüməsi, piylənmə, alt çənə problemləri, xroniki bronxit, allergiyalar, xroniki sinusit və xroniki rinit xəstəliklərindən sonra da meydana gələ bilər”.

Həkim bildirib ki, xoruldama ictimai həyatda başqalarını narahat etməklə yanaşı, ölümə də səbəb ola bilər. Xoruldama bədənin istirahətetmə müddətini azaldır, çünki xorultu dərin yuxu fazasına keçməyə imkan vermir. Dərin yuxu fazasına keçmədən isə istirahət etmək mümkün deyil.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see903

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see361

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see321

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see308

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see285

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see275

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see239

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see237

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see219

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see207

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see207

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see204

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see204

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see204

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see197

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see191

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see191

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see191

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see178

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri