Icma.az
close
up
RU
Xorvatiyada oynayan azərbaycanlı futbolçu: Yaxın gələcəkdə millinin uğurları üçün meydana çıxmaq istəyirəm MÜSAHİBƏ

Xorvatiyada oynayan azərbaycanlı futbolçu: Yaxın gələcəkdə millinin uğurları üçün meydana çıxmaq istəyirəm MÜSAHİBƏ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 sentyabr, AZƏRTAC

Xorvatiyanın “Varajdin” klubunda çıxış edən azərbaycanlı futbolçu Rüfət Abdullazadə AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- "Dinamo" (Zaqreb) ilə keçirilən son matçda məhsuldar ötürmə ilə yadda qaldın. Həmin oyunu necə şərh edərdin?

- Mənim üçün çox vacib oyun idi. "Dinamo" Xorvatiyanın ən güclü və ən tanınmış komandasıdır. Belə rəqibə qarşı meydana çıxmaq həm məsuliyyət, həm də motivasiya yaradır. Bu görüşdə məqsədim yalnız özümü göstərmək yox, həm də komandama faydalı olmaq idi. Qol ötürməsi etmək və bunun nəticəyə təsirini görmək xoş hiss idi. Ancaq ən böyük sevinc odur ki, bu oyunda meydanda özümü rahat hiss etdim və komanda yoldaşlarımla uyğunlaşdığımı göstərdim. Bu da mənə əlavə güvən verdi.

- Artıq "Varajdin"in heyətində 3 matçda meydana çıxmısan. Xorvatiya çempionatı barədə təəssüratların necədir?

- Açığı, Xorvatiya çempionatı düşündüyümdən də çətin və sürətlidir. Burada oyun tempi çox yüksəkdir, futbolçular həm fiziki, həm də mental baxımdan çox güclüdürlər. Hər komanda sona qədər mübarizə aparır, heç kim asanlıqla təslim olmur. Mənim üçün böyük məktəbdir – hər oyunda, hər məşqdə yeni şeylər öyrənirəm. Burada futbol sadəcə meydanda top qovmaq deyil, həm də düzgün düşünmək, saniyələr içində qərar verməkdir. Mən inanıram ki, bu liqada oynamaq karyeramda dönüş nöqtəsi olacaq.

- Klub rəhbərliyi bu mövsüm qarşınıza hansı hədəfləri qoyub?

- Klub rəhbərliyi bizdən ilk növbədə stabil oyun və nəticə gözləyir. Məqsəd mövsümü mümkün qədər yüksək pillədə başa vurmaq və avrokuboklara vəsiqə qazanmaqdır. Bununla yanaşı, klub gənc futbolçulara çox önəm verir və mən də hiss edirəm ki, mənə güvənirlər, inkişafım üçün şərait yaradırlar. Bu etimadı doğrultmaq üçün hər oyunda maksimum gücümü qoyuram.

- Xorvatiya və Azərbaycan liqaları arasında nə kimi fərqlər var?

- Ən böyük fərqlərdən biri oyun sürətidir. Burada temp çox yüksəkdir, fiziki hazırlıq ön plandadır və ən kiçik səhv dərhal cəzalandırılır. Azərbaycanda da istedadlı futbolçular və yaxşı komandalar var, amma ümumi sistem baxımından Xorvatiya liqası daha tələbkardır. Mənim üçün isə bu müqayisə həm də motivasiya rolunu oynayır. Çünki burada qazandığım təcrübə ilə gələcəkdə Azərbaycan futboluna da fayda verə biləcəyəm.

- Necə düşünürsən, gələcək oyunlarda əsas milliyə dəvət almaq şansların varmı?

- Milli komanda hər bir futbolçunun ən böyük arzusu və hədəfidir. Mən də hər zaman millidə oynamağı düşünürəm. Hər dəfə heyətin açıqlanmasını səbirsizliklə və böyük maraqla gözləyirəm. Təəssüf ki, hələlik orada yer almamışam, amma bu məni əsla ruhdan salmır. Əksinə, mənə daha çox motivasiya verir ki, öz üzərimdə daha çox çalışım və milliyə layiq olum. İnanıram ki, milli komandanın məşqçiləri oyunlarımı izləyirlər və yaxın gələcəkdə mən də Azərbaycan milli komandasının uğurları üçün meydana çıxacağam. Bu, mənim karyeramın əsas hədəflərindən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri