Icma.az
close
up
RU
Xronika: Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları

Xronika: Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Alaçıq qaya erməni mənbələrində niyə "Alaçıx" göstərilir?" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç toponimləri haqqında söz açılıb.

Bildirilib ki, Qərbi Azərbaycanın bütün tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilər bir əsrdən çoxdur düşünülmüş şəkildə gizli planlar hazırlayıb həyata keçiriblər.

Alatala - Şəmşəddil mahalının Şəmşəddin, sonralar Berd adlandırılan rayonu ərazisində qışlaq adıdır. 1960-cı ildə ləğv edilib.

Alaçıq daş - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayonun ərazisində qışlaq olub. XX əsrin 30-cu illərində ləğv edilib.

Alaçıq qaya - Şəmşəddil mahalının Dilican şəhərinin tabeliyində kənd adıdır. 1919-cu ilin martında ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunan kənd sakinlərin bir hissəsi indiki Ermənistanda 1920-ci ildə sovet hökuməti qurulandan sonra öz evlərinə qayıdıblar. Lakin 1988-ci ildə sakinlər yenidən ermənilərin təcavüzü nəticəsində doğma torpaqlarını tərk ediblər.

Alacan - Pəmbək mahalının Hamamlı, sonradan Spitak adlandırılan rayon ərazisində kənd olub və tamamilə dağıdılıb.

Albalaxaç - Şəmşəddil mahalının Karvansaray, sonralar İcevan adlandırılan rayonda kənd olub və xarabalığa çevrilib.

Sonda vurğulanır ki, bu toponimlər də tarixin qatlarında gizlənən həqiqətləri üzə çıxaran sübutlardır: "Bu tarixi adlar Qərbi Azərbaycanda silinməyən türk möhürü olmaqla yanaşı, keçmiş, indi və gələcək arasında mədəniyyət yaradan bağlardır. Ona görə də əminik ki, tarixi ədalət gec-tez öz yerini tutacaq, ermənilərin uydurduğu qondarma yer adları əvvəlki adına qovuşacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlərdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: "Tarixi yer adlarını müxtəlif üsullarla unutdurmaq üçün ermənilərin gizli planları"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Yanvar 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri