Icma.az
close
up
RU
Xronika: Vəziyyət gərginləşməyə başladı, 500dən çox ailə ilə birgə kənddən getməyə məcbur olduq

Xronika: Vəziyyət gərginləşməyə başladı, 500dən çox ailə ilə birgə kənddən getməyə məcbur olduq

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Atamgil Stalinin göstərişi ilə qatarla Sabirabada gətirilib" adlı veriliş Zəngibasar mahalının eyniadlı rayonunun Sarvanlar kənd sakini Zəhra Sadıqovanın həyat hekayəsinə həsr olunub.

O, 1957-ci ildə dünyaya göz açdığını, uşaqlıq, məktəb illərinin o kənddə keçdiyini, pedaqoji təhsil aldıqdan sonra doğma kəndində coğrafiya müəllimi kimi fəaliyyət göstərdiyini və ailə qurub ev-eşik sahibi olduğunu deyib.

Onun sözlərinə görə, nəslinin qaçqınlıq tarixi 1918-ci ildən başlayır: "Andranikin qoşunları tərəfindən ilk dəfə didərgin salınan ailə İranın Xoy şəhərinə pənah aparıb. İkinci qaçqınlıq Stalinin göstərişi ilə 1950-ci illərdə baş verib və ailə Sabirabad rayonuna köçməyə məcbur olub. 1988-ci ildə isə üçüncü və ən ağrılı köç başlayıb. Həmin ilin fevralından başlayan məkrli oyunlar bizim İrəvan şəhərinə getməyimizə artıq imkan yaratmadı. Biz tükənmiş bir vəziyyətdə yaşayırdıq. Kəndlərdə vəziyyət gərginləşməyə başladı. Noyabrın sonlarında 500-dən çox ailə ilə birgə kəndi tərk etməyə məcbur qaldıq. Mən 3 azyaşlı övladımı götürüb əvvəlcə Naxçıvana, sonra isə Bakıya gəldim".

Sarvanlar kənd sakini erməni məkrliliyi və vəhşiliyindən də söz açıb: "Rayonda ermənilər 37 yaşlı azərbaycanlını öldürdülər. Hər il aprelin 24-də ermənilər İrəvanın mərkəzində olan fəvvarələri qırmızı rəngə boyayırdılar ki, bu, onların qanıdır, guya türklər və azərbaycanlılar axıdıblar. Əzizbəyovun şəhərdəki heykəlini gizlədərdilər, bir aydan sonra dövlət tərəfindən yenidən gətirib yerinə qoyulardı. Orada yaşayan azərbaycanlılar hər zaman erməni təcavüzünə, şiddətinə rast gəliblər".

Z.Sadıqova sonda 36 ildir Vətən həsrəti ilə yaşadığını, doğma yurda qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib: "Ağrı dağının ətəyində, Araz çayı və Zəngi çayının qovşağında yerləşən kəndimizdə Ağadədə və Qarapir kimi müqəddəs ziyarətgahlar mövcud idi. 1975-ci ildən sonra rayonun adını dəyişdirib Masis qoydular və bölgəyə kütləvi şəkildə ermənilər köçürüldü. Orada bizim tariximiz var. Biz nənə-babalarımızın, qohum-əqrabamızın qəbirlərini yenidən bərpa eləmək istəyirik. Əminəm ki, mən bu günləri görəcəyəm".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Xronika: "Vəziyyət gərginləşməyə başladı, 500-dən çox ailə ilə birgə kənddən getməyə məcbur olduq"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Dekabr 2024 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri