Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Xroniki yorğunluğu aradan qaldırmaqda düzgün qidalanma, zərərli vərdişlərdən çəkinmə və fiziki aktivlik olduqca önəmlidir Terapevt

Xroniki yorğunluğu aradan qaldırmaqda düzgün qidalanma, zərərli vərdişlərdən çəkinmə və fiziki aktivlik olduqca önəmlidir Terapevt

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov xroniki yorğunluğu aradan qaldırmaqda düzgün qidalanma, zərərli vərdişlərdən çəkinmə və fiziki aktivliyin önəmindən danışıb.

Trend Nahid Məhərrəmovla müsahibəni təqdim edir:

- Bilmək istərdik ki, yorğunluq nədir?

- Gündəlik həyatda insanın özünü taqətsiz, halsız, yuxulu hiss etməsinə, hər hansı bir işi görmək üçün enerjinin olmamasına yorğunluq kimi baxılır. Əgər bir insan fiziki iş gördükdən sonra, yorulursa və istirahət zamanı sərf etdiyi enerjisi bərpa olunursa, bu normal hal hesab edilir.

Müayinə zamanı heç bir xəstəlik müşahidə olunmursa, istirahət etməsinə baxmayaraq, insan özünü halsız hiss edirsə və 6 ay ərzində halsızlıq getdikcə daha da artırsa, bu vəziyyət xroniki yorğunluq sindromu adlanır. Xroniki yorğunluq sindromunda yorğunluq, halsızlıq, yuxululuq və ya yuxusuzluq halı müşahidə edilir. Hər hansı xəstəlikdən dolayı yaranan yorğunluq, xəstəlik müalicə olunduqdan sonra aradan qalxır.

- Bəs yorğunluğun əsas səbəbləri hansılardır?

- Qeyd edim ki, qan azlığı olan insanlarda əsasən yorğunluq, halsızlıq, gücsüzlük, nəfəs darlığı, baş gicəllənməsi, ürəyin tez-tez döyünməsi və s. əlamətlər hiss olunur. Anemiyada olan yorğunluq orqanların toxumalarında yetərli miqdarda oksigen çatışmazlığı nəticəsində əmələ gəlir. Eyni zamanda, qalxanabənzər vəzi xəstəliklərində, əsasən də orqanın həddindən artıq böyüməsi davamlı yorğunluğa səbəb ola bilər.

Orqanizm, infeksiyalara qarşı daimi mübarizə aparmasına görə, zəif immun sistemi də xroniki yorğunluq yarada bilər. Şəkər xəstəliyi və insulin müqaviməti zamanı da yorğunluq müşahidə olunur. Belə ki, yemək zamanı qanda şəkərin dərəcəsində düşmə yaranarsa və şirin yemək istəyi, halsızlıq, ürək döyüntülərinin artması müşahidə olunarsa, buna reaktiv şəkər düşməsi deyilir. Belə insanlar tez çəki alır və özünü tükənmiş hiss edirlər.

Həmçinin, ağciyər və qaraciyər xəstəliklərinin çoxunda yorğunluq görünür.

Yuxarıda sadaladıqlarımızdan başqa, hərəkətsizlik, həddindən artıq fiziki əməklə məşğul olmaq, xroniki stres və depressiya, arıqlamaq üçün pəhrizlər, antidepressant qəbulu, siqaret çəkmək və spirtli içki qəbulu, xolestrol düşürücü dərmanların istifadəsi, normal qidalanmama, vitamin və mineral çatışmazlığı, burun tənəffüsü problemləri də yorğunluğa səbəb olur.

- Xroniki yorğunluq sindromunun diaqnozu necə qoyulur?

- Xroniki yorğunluq sindromunun diaqnozu psixoloq, psixiatr və sahəyə uyğun digər həkimlərin birgə müayinəsi nəticəsində qoyulur. Öncə xəstədə olan şikayətlərin digər bir xəstəliklə əlaqəsinin olub-olmadığını araşdırmaq üçün lazım olan bütün müayinələr aparılmalıdır. Xəstədən toplanan anamnez xroniki yorğunluq sindromunda çox önəmlidir.

Xroniki xəstəliklər, eləcə də, valideynlərdən genetik olaraq keçən xəstəliklər hərtərəfli araşdırılmalıdır.

- Xroniki yorğunluq sindromunun müalicəsi barədə məlumat verərdiniz...

- Müalicənin əsası simptomları yaxşılaşdırmaqdır. Hər bir xəstəyə özəl müalicə yanaşması seçilməlidir. İlk növbədə psixoloji dəstək verilməlidir, çox düşünməkdən, keçmişdə etmədiklərindən, gələcəyi həddindən artıq planlamaqdan çəkinmək lazımdır. Gün ərzində yarım saat sürətli yerimək və 1.5-2 litrə qədər su içmək önəmlidir.

İş mühiti və istirahəti düzgün qurulmalıdır. Qısa müddətli və tez-tez dincəlmə mühiti yaradılmalıdır.
Bundan əlavə, pasient düzgün qidalanmanın əsas prinsiplərinə əməl etməlidir. Şirin və yağlı qidalardan mümkün qədər az istifadə olunmalıdır. Axşam yeməklərində daha çox tərəvəz və meyvə istifadəsi məqsədəuyğundur.

Müalicə boyunca xəstə hər addımda yaxşılaşacağı ilə motivasiya edilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see326

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see176

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see161

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see155

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see148

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see145

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see142

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see138

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see135

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see133

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see132

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see131

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see130

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see127

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri