Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Xudayarın o təsnifi oxuduğu yer tarixən Cəbrayıl rayonunun Xudayarlı kəndi olub” ANONS

“Xudayarın o təsnifi oxuduğu yer tarixən Cəbrayıl rayonunun Xudayarlı kəndi olub” ANONS

525.az saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanın “525-ci qəzet”ə müsahibəsindən:

* Həmin təsnifi Xudayar şəhid olmazdan bir neçə gün əvvəl, daha dəqiq oktyabr ayının 18-də düşmənlə 12 kilometrlik məsafədə yerləşən bir dərədə oxuyub, Zəngilanla Cəbrayıl rayonlarının arasında yerləşən bir ərazidə. Həmin yerə çatmaq üçün əsgərlərimiz dörd gün piyada yol gəliblər.

* Oktyabrın 21-i səhər saat beşdə düşmən qəfil hücuma keçib. Say üstünlüyü düşmən tərəfdə olduğundan on iki saata qədər döyüş davam edib. Əlbəyaxa vuruşmaya qədər döyüşən əsgərlərimiz geri çəkilmədən Zəngilanı qoruyublar. Xudayarın atdığı qumbaradan özünü qoruya bilən düşmən qəfil silahı götürərək onu vurmağı bacarıb. Aralarında bir metrə qədər məsafə olub və Xudayar anındaca şəhid olub.

* İyulun 15-i Xudayarın doğum günü idi. Tovuz hadisələri başlamışdı. Bir gün əvvəl axşam ona zəng çaldım ki, sənə pul göndərirəm, yoldaşlarını nəyəsə qonaq edərsən. Səsi boğuq gəldi, dedi ki, ay ana, bizim generalımız şəhid olub. Əsgərin generalının şəhid olması, evin içində gözünün önündə birinin gəlib atasını öldürmək deməkdir.

* Saat 10-11 arası zəng vurdu ki, ana, nə olub? Demişəm axı təlimdəyəm, sənə necə cavab verə bilərəm? Dedim ki, ay bala, müharibə başlayıb. Çox soyuqqanlı cavab verdi ki, nə olsun ki, başlayıb? Nə vaxta kimi gözləməli idik? Onun bu soyuqqanlı cavabı nənəsinin Xocalı haqqında danışdıqlarından təsirlənərək ağlayan məktəbli Xudayarı saldı yadıma və bir də generalın şəhadətindən hiddətlənərək söylədiyi “Bu qisas qiyamətə qalmaz” sözləri təkrar səsləndi qulağımda.

* Xudayar müharibədə olduğunu məharətlə gizlədə bilirdi. Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə bir qadın üzüyü tapıb kiçik barmağına keçirmişdi. Yoldaşları soruşub ki, bu qadın üzüyünü nəyinə lazımdır? Demişdi ki, verəcəyəm nənəmə və deyəcəyəm ki, Xocalının qisasını aldıq. Həmin üzük hazırda anamın barmağındadır.

* Müharibə başlayandan yuxu məndən qaçaq düşmüşdü. Səhərə qədər Allaha yalvarmaqdan yorulmurdum. Bərdə vurulanda nə illah etdiksə, atamı Bərdədən çıxara bilmədik. Xudayar dedi ki, baba, bizimkilər irəlilədikcə, onlar Bərdəni, Gəncəni vururlar, sən oradan çıx. Ona söz vermişdi ki, çıxacaq. Sonra dedi ki, əgər Xudayara bir şey olacaqsa, qoy o mərmi məni də burada öldürsün. Xudayardan sonra çox yaşaya bilmədi atam.

* Cəbrayıl döyüşləri ərəfəsində oktyabrın 14-də qardaşım onunla əlaqə saxlayanda deyib ki, dörd saatlıq Füzuliyə düşürük üst-başımızı dəyişməyə. Gəlsəydin, səninlə görüşərdik. Dayısı soruşub ki, nə gətirim? Deyib ki, heç nə istəmirən, bir tək nənəmi gətir. Anam sonra danışırdı ki, gəldik Böyük Bəhmənliyə, Xudayar üstümə elə gəldi ki, sanki müharibənin qaynar nöqtəsində deyildi. Vaxt az olduğundan nənəsinə deyib ki, gəl səninlə görüşüb halallaşaq.

* Ana kimi acım içimi yandırsa da, Azərbaycanın, bütün türk dünyasının övladıma olan sevgisini görəndə, bundan necə qürurlanmayım? Belə ölüm hər kəsin nəsibi olmur. Bu gün Xudayar təsnifini dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar təbliğ edir. Bu, təkcə Xudayarın deyil, canını Vətən yolunda qurban verən bütün şəhidlərin mahnısıdır.

RADƏ QURBANOVA İLƏ MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see197

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see136

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see133

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri