Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

“Qoca sinyora”dan gələcək üçün böyük addım

“XX əsr Türk ədəbiyyatı onsuz təsəvvür edilməyən yazıçı” Orxan Saffari yazır

“XX əsr Türk ədəbiyyatı onsuz təsəvvür edilməyən yazıçı” Orxan Saffari yazır

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nəinki XX əsr Türk ədəbiyyatını, ümumən dünya ədəbiyyatını onsuz təsəvvür etmək mümkün deyil. Söhbət, əlbəttə, həm də böyük fikir adamı olan Ahmet Hamdi Tanpınardan gedir.

Onu heç təkcə bir istiqamətdə təhlil etmək də mümkün olmur. Yəni, yazınının bir neçə formasında; şeirdə, essedə, hekayədə, romanda möhürünü vurmuş, birmənalı olaraq yenilikçi olan bu yazıçını, həm də dövrünün fəlsəfi yazıçı adlandırmaq olar.

Təkcə romanlarının mövzusu yox, ümumən Tanpınar ədəbiyyatı haqqında danışsaq, bir neçə məsələyə diqqət ayırmaq lazımdır.

Əslində, Tanpınar ədəbiyyatını birləşdirən, ifadə edən nəsnələr yaxşı mənada eynilik təşkil edir: Musiqi, zaman, rənglər, sevgi, ayrılıq, poetika və.s və.ilaxır.

Elə özü demişkən:

“Bütün həyatım musiqi, zaman və rəngdir”.

Onun şeirləri və romanlarına, dediyimiz kimi, əlbəttə, bir neçə sadalanan istiqamətdə baxmaq lazımdır. Məsələn, həm də əsas obrazı olan qadınlardan.

Daha dəqiq desək, bu qadın obrazları oxucunun qarşısına əsasən iki formada: “Ana və sevgili” kimi oxucuların qarşısına çıxır.

Bəs bunun səbəbi varmı?

Tanpınar anasını hələ uşaqkən-15 yaşında itirib və özü heç vaxt evlənməyib. Əlbəttə, bu iki detal artıq özü məsələni aşkara çıxardır.

Onun qadın obrazları bəzən real olur, bəzən isə sadəcə xəyal dünyasında. Eyni ilə “Aydakı kadın” romanında olduğu kimi.

Tanpınar təkcə bu roman vasitəsilə də sevgi, xəyal dünyası, insani iztirablar, zamanın hökmü kimi məsələləri geniş mətləbdə açır.

Ümumiyyətlə, Ahmet Hamdi Tanpınar həm şeirlərində, həm də romanlarında romantikaya, özü də, xəyali romantikaya dah çox üstünlük verir. Məsələn, bu baxımdan onun əsərləri adətən, gözəllik, eşq, qadın kimi məzmunlu məsələlərə dayanır. Ancaq əlbəttə, bu məsələlər pafoslu romantika fonunda olmur. Ən böyük məsələlər belə bunların fonunda verilir. Belə demək olarsa, onun nəsri də şeir kimidir.

Tanpınar ədəbiyyatında ən mühüm mövzulardan biri həm də “zaman” anlayışıdır. O, demək olar ki, bütün romanlarında bu xətti davam etdirir və zamanı təkcə fiziki qanunauyğunluq kimi yox, həm də insanın yaddaşı, keçmişlə münasibəti, gələcəklə bağlı qorxuları və arzuları fonunda verir.

Əslində, bununla o, eyni zamanda öz millətinin mövcud vəziyyətini vermiş olur, yenilikçilik fonunda onların öz kökləri ilə üz-üzə qaldığını göstərir.

Bu səbəbdir ki, obrazları daim iki mədəniyyət arasında var-gəl edir.

Bəli, Tanpınar yaradıcılığında ən əsas bir məqam isə, onun yaradıcılığının xüsusilə Şərq-Qərb sintezi üzərində olmasıdır. Bu, həm də Tampınarın fərqli mədəniyyətlərlə intellektual tanışlığından irəli gəlir.

(Müxtəlif şəhərlərdə təhsil alması, Fransız dili bilməsi onu ədəbi baxmından daha da inkişaf etdirib)

Bir sözlə, özü də, romanları da həssas Tanpınar, bu iki coğrafiya arasında sənətsəl var-gəl etməkdədir, Şərqlə Qərb arasında bir körpü qurmaq cəhdi onun əsərlərinin əsas mövzusudur.

Tanpınar eyni zamanda siyasi proseslərin içində olsa da, kütlə romantizminə qoşulmamış, yəni, əsərlərində o vaxtlarda dominant olan siyasi konyukturaya hesablamamış, əksinə, öz iç dünyasından insanların iç dünyasına, insani münasibətlərə, dünyəvi, bəşəri məsələlərə və düşüncələrə boylanmışdır. O, bəlli olan məsələlərin içindən bəlli olmayan məsələlər verə bildiyinə görə böyük idi həm də. Bunu isə romanlarının dilinə, forma və strukturuna baxmaqla bilmək olar. Forma olaraq o, daha çox şüuraltı özünüifadəyə xüsusi üstünlük verir. Elə bu səbəb, özünə ustad bildiyi iki yazıçıdan biri də Marcel Proustdur. Bu həm də onun əsərlərində yaddaşın estetikası kimi sezilir. Daha dəqiq, Tanpınar keçmişi yalnız nostalji ilə deyil, həm də fəlsəfi düşüncə ilə xatırlayır.

Tanpınarı intellektual yazıçı hesab etmək olar. Onun intellektuallığı romanlarda ən xırda detallara qədər görsənir. Məsələn, romanlarının əksər obrazları belə təhsilli obrazlardır. Obrazları vasitəsilə fəlsəfəyə, musiqiyə, elmə, bir sözlə, ümumi olaraq incəsənətə toxunur, digər tərəfdən isə Bergson fəlsəfəsi, Freydən təsirlənmələr aydın şəkildə sezilir.

Ancaq bütün bu təsirlənmələri o, eyni zamanda milli-mədəni kontekstdə yoğura bilmişdi, özününküləşdirmiş və obrazlı ifadə edə biliriksə, “İstanbullaşdırmışdır”.

Tampınarın şeir təsiri isə, əlbəttə, müəllimi Yəhya Kamaldan idi.

Bəs digər romanları haqqında nə demək olar?

Tanpınarın “Huzur” romanı, II Dünya Müharibəsinin astanasında İstanbulda keçir və Mümtaz, Nuran, Suat və İhsan kimi obrazlar vasitəsilə insani, ictimai, məişət narahatlıqları araşdırılır.

İnsanın özü, şəxsiyyəti ilə üz-üzə qalması, keçmişə qayıdış, dəyişən svilizasiya, dəyərlər fonunda insana olan təsirlər bu romanda öz əksini tapıb.

Bir cümlə ifadə etmək lazım gələrsə, Huzur romanı İstanbulun mənzərələri fonunda sevgi, fəlsəfi düşüncə və cəmiyyətin dəyişməsini göstərir.

“Aydakı kadın” romanı Tanpınarın tamamlanmamış ən yaxşı romanlarındandır. Belə ki, o, uzun illər bu roman üzərində işləyib, lakin ölümündən sonra əlyazmalarından bir araya gətirilərək nəşr olunub. Bu səbəbdən, əsərdə bəzi yerlər natamam, qırıq və bəzən də təkrarlarla doludur.

Digər romanlarının əsas xətti olduğu kimi, bu romanında mərkəzində özünü, həyatı, dünyanı sorğulayan, buna görə mənəvi böhran yaşayan gənc var. Qəhrəman özünü axtarır, tapa bilmir, lori desək, ortalıqda-zamanın və ənənələrin ortasında qalır.

Romanın adı müasir dövrün ucuz romanları xatırlatsa da, belə deyil. Bu ad daha çox mistik məna daşıyır. Burada “Ay” bir növ uzaqlığı, “qadın” isə arzunu bildirir.

Müəllifin bu romanı həm də “Bildungsroman” kimi qəbul olunur. Çünki qəhrəmanın özünü tapmaq istəyir, ancaq heç vaxt tamamlaya bilmədiyi mənəvi bir yola çıxıb və bunun fonunda axtarışlar davam edir.

Ümumiyyətlə, Tanpınar necə yazıçıdır deyilsə, elə məzarının üstündəki bu misranı misal gətirmək yerinə düşər:

“ne içindeyim zamanın,

ne de büsbütün dışında”.

Orxan Saffari

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see520

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see345

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see289

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see219

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see168

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see159

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see149

Fərid Osmanov: Dövlət qurumları ilə kağızsız yazışmaya keçid yaxın dövrdə tam təmin olunacaq

19 Noyabr 2025 11:04see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see147

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see143

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see140

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see135

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see135

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see133

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see132

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see131

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see130

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri