Icma.az
close
up
RU
Yazıçı niyə müxalifətçi ola bilməz? Orxan Saffari yazır

Yazıçı niyə müxalifətçi ola bilməz? Orxan Saffari yazır

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Sonda deyiləni əvvəldə deməkdə fayda var:

-“Əgər bir yazıçı müxalifətçi olursa, demək, o, yazıçı ola bilmir”.

Ədəbiyyat tarixinin də bitməz bir mübahisəsi, müzakirəsi budur:

-“Qələm adamı siyasətə qoşulmalıdırmı?”

Əlbəttə, yazıçı siyasətə qoşula bilər, qoşulmalıdır da, ancaq konkret olaraq siyasətçi olursa, demək, həm də yazıçı ola bilmir. Bu, təxminən yazıçı ola bilməyən adamın tənqidçi olmasına bərabərdir, istedadsızlığı, bəxtsizliyi siyasi obraz altında gizlətmək cəhdidir.

Azərbaycanın müxalifət düşərgəsində də ortababdan aşağı bir xeyli yazıçı-şair var, məsələn, onlar elə bilir, əslində, çox böyük istedad sahibləridir, ancaq iqtidar sıxışdırır, adamlar onları oxumaqdan qorxur deyə kölgədə qalıblar. Əlbəttə, o cür adamları bu cür fikrə siyasi bütpərəstlik gətirib çıxardır. İstənilən halda içində büt olan şəxs böyük ola bilməz.

Ümumiyyətlə, bütün ideologiyalar yazıçı təbiətinə ziddir. Yazıçı vətəni sevə bilər, amma milliyyətçi olursa, problemdir. Söz yox, dünya ədəbiyyat tarixi doludur ideologiyaya sahib yazıçılarla. Biri milliyyətçidir, Turan qurur, biri də nə bilim, hərə bir şey edir. Bütün bunlar isə bir az gizlənmək, heç olmasa, bu cür böyük görünmək cəhdləridir. Məsələn, Sovetlərdə əksər yazıçı-şairi böyük göstərən məsələ həm də bu idi:

-İdeologiya, partiya mənsubluğu.

Üstəlik, ədalətsiz cəmiyyətlərdə adi bir adamın da sadə bir həqiqəti deməyi onu qəhrəmana çevirə bilir. Bu cür münbit şərait isə yazıçı üçün daha da alverişli vəziyyətdir. Məhz elə həm də bu səbəb böyük yazıçılar üçün bu cür məsələlər maraqlı olmur, əlində alət olur. Başqa cür desək, həqiqi yazıçıların siyasi xarakteri ola bilməz. Bu, adi adamlarda xaraktersizlik, mövqe dəyişikliyi kimi görülsə də, qələm adamı üçün tam da belə deyil. Ancaq bunu da izah etmək, demək olar, mümkünsüzdür.

Yazıçı siyasi seçim qarşısında da hər zaman oxucu qoyub, daim yazıçıdan mövqe gözlənilib. Böyük yazıçılar üçün nəinki siyasət, belə lap dünya da boşdur. Konkret desək, dünya tarixində belə bircə nəfər də böyük siyasətçi, inqilabçı olan olan yazıçı yoxdur. Əlbəttə, söz yox, istənilən ortabab yazıçının belə içində hansısa formada basdırılmış bir üsyan var, ancaq bu üsyan siyasi müxalifətə çevrilirsə, demək, problem var. Belə şeylər yazıçını bir az da kütləşdirir. O da doğrudur, tarixdə siyasətçilərin yaxşı yazıçı olduğu halları var, ancaq yaxşı yazıçı heç vaxt siyasi tərəfdən sonadək mübariz ola bilmir.

İstənilən halda ədəbiyyatın siyasətlə vəhdət təşkil etməsi yazıçını vətəndaş mövqeyindən kənara çıxartmamalıdır.

Əgər başda deyiləni də sonda demək lazımdırsa, belə demək olar:

“Sənət iqtidarın fahişəsidir”

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri