Icma.az
close
up
RU
Yadplanetli Tanrıya tapınanların dini: Texnokratiya

Yadplanetli Tanrıya tapınanların dini: Texnokratiya

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Texnoloji tərəqqi və elmi kəşflərin kainat barədə fikirlərimizi daim dəyişdiyi bir dövrdə “Texnokratiya” adlanan mübahisəli bir nəzəriyyə də ortaya çıxıb. Bu nəzəriyyə xaotik kainatda Tanrı gözəgörünməzliyini  doldurmaq üçün yadplanetlilərin varlığına və Yer kürəsinin bütün kainatın mərkəzi olduğuna əsaslanan fərziyyədir.

Yeni nəzəriyyəyə görə, yadplanetlilər ilahi fiqurun müasir əvəzedicisidir. Onlar da Tanrı kimi sirli, hər şeyə qadir və insan idrakından kənardırlar. Yeni tanrılarla (yadplanetlilərlə)  köhnə Tanrı arasında əsas fərq isə ondan ibarətdir ki, yeni tanrılar, yəni yadplanetlilər maddi varlıqlardır və başqa planetlərdə yaşayırlar.

Nəzəriyyənin tərəfdarları bu fikrin insanın kainatda tək qalmamaq qorxusundan yaradılan bir illüziya olduğunu irəli sürür. Sonsuz məkanın boşluğundan qorxan texnokratik təfəkkür ekzistensial uçurum qarşısında bir təsəlli kimi bu ideyanı ortaya atır.

Üstəlik, bu yanaşma Yerdən kənarda üzvi həyatın əmələ gəlməsi ilə bağlı bir çox elmi fərziyyələrin əsasən təxəyyül  məhsulu olduğunu müdafiə edir. Bu fərziyyələrin bir çoxu özündən sonrakı araşdırmalar nəticəsində təkzib edildi və yerdənkənar həyat ideyasını elm adı altında maskalanmış müasir xurafata çevirdi.

Semit dinlər yerdənkənar həyat barədə

Yerdənkənar həyatın mövcudluğu təkcə elmi deyil, həm də dini nöqteyi-nəzərdən suallar yaradır. Dinlər bu nəzəriyyəni qəbul etməyə hazır deyil. Çünki kainatda başqa sivilizasiyaların mövcudluğunu etiraf etmək insanın ilahi yaradılış kimi unikallığını şübhə altına ala bilər.

Məsələn, xristianlığa görə insan Allahın surətində və bənzərində yaradılıb. Dinlər bu nəzəriyyəni qəbul edərsə, o zaman insanın kainatda tək olmadığını da qəbul etmiş sayılarlar ki, bu da teoloji şərtlərə ziddir.

Yadplanetlilərin Tanrı olması ideyasının tərəfdarları üçün bəşəriyyətin kosmosda tənhalığı kədər, iztirab yox,  məsuliyyət və böyüklük mənbəyidir. Texnokratlara görə Yer kainatın mərkəzinə çevriləcək, bəşəriyyət isə kainatda ən yüksək sivilizasiya olacaq. Onlar bu ideyanın heliosentrizmdən daha ciddi və məntiqli olduğunu düşünürlər. Bu ideyanın dinlərlə ziddiyyət təşkil etməsinə gəlincə isə, texnokratlar hesab edir ki, dinlər artıq öz missiyasını başa vurublar.

Texnokratik perspektiv: məkanın boşluğu və məna axtarışı

Texnokratiyaya görə sonsuz məkanın ölçüsüzlüyü insanın şüurunda böyük müəmmalar, dərkolunmazlıq yaradır. Yerdənkənar həyata dair indiyədək əsaslı bir dəlilin tapılmaması insanı ekzistensial boşluğa sürükləyir. Yadplanetlilərin varlığına inam məhz, bu qorxunc boşluğu doldurmaq ehtiyacından yaranıb da söyləmək olar. Texnokratlar deyir ki, kainatda bizdən başqa ağıllı varlıqların olması fikri beynimizdə kosmik tənhalıq hissini yüngülləşdirən psixoloji mexanizm rolunu oynayır.

Bu arada texnokratlar UFO-lar tərəfindən oğurlandığını iddia edən insanların söylədiklərinə inanmağın tərəfdarıdırlar. Nəzəriyyəçilərin fikrincə isə, bu hadisələr daha çox  gizli hərbi layihələrlə bağlıdır və onların məqsədi zamanla bəlli olacaq.

Elmi, dini və fəlsəfi mübahisələr

Texnokratiya nəzəriyyəsi təkcə yerdənkənar həyatın mövcudluğunu iddia etməklə məhdudlaşmır. Bu düşüncə axını həm də bəşəriyyət, kainat və Tanrı haqqında klassik, fundamental fikirlərə meydan oxuyur. Fərziyyənin tərəfdarları hesab edirlər ki, yadplanetlilərə inam həm də Allaha və insanın transsendental məqsədinə inamın itirilməsini əks etdirir.

Texnokratiya Yerin bütün yaradılışın mərkəzi olduğu iddiasına əsaslanan geosentrik düşüncə sisteminə qayıtmağın tərəfindədir. Bu mövqe elmi cəhətdən yanlış hesab edilsə də elmin bəzi sahələrində, o cümlədən fəlsəfi və teoloji müstəvidə araşdırılması lazım olan  maraqlı suallar doğurur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Yanvar 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri