Icma.az
close
up
RU
Yağış damcılarından istifadə elektrik enerjisi istehsalı üçün yeni üsulun mümkünlüyünü ortaya çıxarıb ARAŞDIRMA

Yağış damcılarından istifadə elektrik enerjisi istehsalı üçün yeni üsulun mümkünlüyünü ortaya çıxarıb ARAŞDIRMA

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

“ACS Central Science” jurnalında dərc olunan bir araşdırma yağış damcılarından istifadə etməklə elektrik enerjisi istehsalı üçün yeni və perspektivli bir üsulun mümkünlüyünü ortaya qoyub.

AZƏRTAC “Science News” portalına istinadla xəbər verir ki, Sinqapur Milli Universitetinin mühəndislərindən olan Siovling Soh və komandası tərəfindən aparılan tədqiqata görə, yağış damcılarının dar borulara düşməsi nəticəsində yaranan tıxac yüksək səviyyədə yük ayrılmasına və nəticədə əhəmiyyətli miqdarda elektrik enerjisinin yaranmasına səbəb olur. Ənənəvi hidroenergetika texnologiyaları adətən suyun hərəkətindən yaranan mexaniki enerjidən istifadə edərək enerji istehsalını həyata keçirir. Lakin yeni metod mexaniki hissələri aradan qaldıraraq su damcılarının yaratdığı elektrik yüklərinin birbaşa toplanmasına əsaslanır. Bu texnika yük ayrılması prinsipi ilə işləyir – su borudan axarkən mənfi yüklü hidroksid ionları borunun səthində toplanır, müsbət yüklü hidrogen ionları isə suda qalır. Bu yolla yaradılan elektrik potensialı sonradan enerji kimi istifadə olunur. Təcrübələr zamanı iki millimetr enində olan dar borulara su damcıları hava cibləri ilə hərəkət edərək tıxac axını yaradıb. Bu axın forması davamlı su axınına nisbətən 100 min dəfə daha çox yük ayrılmasına səbəb olub. Borudan keçən yüklü damcılar paslanmayan polad fincana düşərək naqillər vasitəsilə cərəyan yaradıb və bu cərəyan vasitəsilə enerji dövrələrinə ötürülüb.

Tədqiqat nəticəsində dörd 32 santimetr uzunluğundakı borudan çıxan tıxac axını 20 saniyə ərzində 12 LED lampanı davamlı olaraq yandırmaq üçün kifayət qədər elektrik enerjisi hasil edib. S.Sohun fikrincə, bu texnologiya xüsusilə tropik və ya çox yağıntılı bölgələrdə – məsələn, Sinqapur kimi yerlərdə alternativ və ekoloji təmiz enerji mənbəyi kimi əhəmiyyətli potensiala malikdir. Bundan əlavə, texnologiyanın damlarda və ya şəlalə yaxınlığında yağış suyu toplayan sistemlərlə birləşdirilərək geniş miqyaslı tətbiqlərə inteqrasiya olunması mümkündür. Bu da gələcəkdə daha davamlı və “yaşıl enerji” sistemlərinin qurulmasına töhfə verə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 07:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see185

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see128

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri