“Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu şəxslərin cəzalandırılmasını tələb edir”
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Yalnız Azərbaycan deyil, Ermənistan və Rusiya qanunvericiliyi də bu gün Bakıda məhkəməsi keçirillən separatçıların cəzalandırılmasını zəruri edir”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, bu şəxslər Azərbaycan xalqına qarşı mühaibə cinayətləri törədiblər ki, bu da bütün bəşəriyyətə qarşı cinayət hesab edilir:
“Məhkəmə qarşısında dayanan bu şəxslər vaxtiylə Azərbaycana qarşı çoxsaylı cinayətlər törədiblər. Bu müharibə cinayətləri beynəlxalq hüquqda insanlığa qarşı cinayət hesab edilir.
Bütün dövlətlər, eləcə də Ermənistan və Rusiya da üzərlərinə insanlıq əleyhinə cinayət törədən şəxslərin mühakimə edilməsi ilə bağlı öhdəlik götürüblər. Bu öhdəliklər Azərbaycanın məhkəmə qarşısına çıxardığı erməni separatçılarını cəzalandırılmasını zəruri sayır. Buna görə də indi Rusiya və Ermənistandakı bəzi şəxslərin Bakıdakı məhkəmə prosesinə başqa don geyindirmək cəhdi absurddur və bu cür cəhdlər beynəlxalq hüquqla açıq-aşkar ziddiyət təşkil edir”.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Mart 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















