Azərbaycan və Ermənistan arasında sülh artıq yalnız kağız üzərində deyil
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh gündəliyi ilə bağlı razılaşmalar regionda davamlı əməkdaşlığın təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyır”.
News24.az xəbər verir ki bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə keçirilən V “İpək Yolu” Forumundakı çıxışı zamanı deyib.
“Regiondakı kommunikasiya əlaqələrinin açılması, o cümlədən Azərbaycanın əsas ərazisi ilə ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi, regionun beynəlxalq yük daşımaları üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək”, - deyə Əsədov bildirib.
Baş nazir Vaşinqton razılaşması barədə də danışıb: “8 avqust tarixli Vaşinqton razılaşmalarına əsasən regionda açılacaq yeni marşrut (“Tramp marşrutu”, TRIPP) Orta Dəhlizin vacib seqmentlərindən biri olacaq və onun dünya nəqliyyat şəbəkəsində rolunun artırılmasına töhfə verəcək”.
“Azərbaycan tərəfi bu istiqamətdə əhəmiyyətli töhfə verib, Ermənistan istiqamətində yük tranzitinə dair işğal dövründən qalan bütün məhdudiyyətləri aradan qaldırıb. Qazaxıstan taxılının Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınması bu istiqamətdə ilk praktik addımdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh artıq yalnız kağız üzərində deyil, həm də praktikada mövcuddur”-, deyə Əli Əsədov vurğulayıb. /Caliber
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 22 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















