Icma.az
close
up
RU
YAP ın ilk rayon təşkilatının təsis edilməsinin 33 cü ildönümünə həsr olunmuş konfrans keçirilib FOTOLAR

YAP ın ilk rayon təşkilatının təsis edilməsinin 33 cü ildönümünə həsr olunmuş konfrans keçirilib FOTOLAR

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Yanvar ayının 12-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının təsis olunmasının 33-cü ildönümünə ilə əlaqədar konfrans keçirilib.

Əvvəlcə Rayon mərkəzində Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilərək önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Aydın Hüseynov,ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, partiyanın rayon təşkilatının bir qrup veteran üzvləri, partiya üzvü olan şəhid valideyinləri, qazi və veteranlar, rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra partiyanın 33- illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Konfransı giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayon təşkilatının təsis olunmasının 33-cü ildönümü münasibətilə bütün partiya üzvlərini və fəallarını ürəkdən təbrik edib, onlara günü–gündən qüdrətlənən doğma Azərbaycanımızın inkişafı naminə məsuliyyətli, eləcə də şərəfli fəaliyyətlərində uğurlar arzulayaraq təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə ətraflı məruzə etdi.O, Azərbaycan dövlətçiliyinin çətin dövründə, siyasi və iqtisadi sabitliyinin pozulduğu, müstəqilliyimizin təhlükə altına düşdüyü bir vaxtda xalq öz nicat yolunu Heydər Əliyev dühasında gördüyünü qeyd edərək, 91 görkəmli ziyalının tarixi müraciətindən sonra Ulu Öndər “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı ilə xalqı ətrafında birləşdirərək Yeni Azərbaycan Partiyasının əsasını qoyduğunu bildirdi. Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində təsis ediləndən sonra Heydər Əliyev şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 12 yanvar 1993-cü ildə ilk rayon təşkilatı məhz Biləsuvar rayonunda yaradılmışdır. Natiq,ötən 33 illik müddət ərzində partiyanın rayon təşkilatının Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd etdi. Bu gündə partiyanın rayon təşkilatının üzvləri bu ideologiyanın bayraqdarı olan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətini davamlı olaraq dəstəkləyir və hər zaman Onun çağrışlarına sədaqət nümayiş etdirdiylərini qeyd etdi.

Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov partiyanın yaranmasını Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formlaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edərək müasir, dayanıqlı və güclü Azərbaycan dövlətinin formalaşmasında partiyanın fəaliyyətinin əvəzsiz olduğunu qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizin hərtərəfli inkişafını təmin edir.

Daha sonra Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynovöz çıxışına tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovun salam və təbriklərini çatdıraraq başladı. O, çıxışında 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda bu cür taleyüklü məsələdə xalqımızın yanında olan Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs etdi. "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransı müxalifət partiyası kimi yaradıldı və qısa müddət ərzində bu partiya cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi. A.Hüseynov 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsindəictimai-siyasi sabitlik bərpa olunduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını vurğuladı. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgənin söz sahibinə çevrildiyi bildirdi. A.Hüseynov çıxışının sonunda tədbir iştirakçılarına öz təbriklərini çatdıraraq nitqini yekunlaşdırdı.

Tədbirdə YAP rayon təşkilatının təsisçilərindən, partiya veteranı, YAP Rayon təşkilatının ilk sədri olmuş Valeh Sefiyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyulub. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 33 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir.

Sonra rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup partiya üzvünə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilərək iştirakçılarla xatirə şəkli çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Yanvar 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri